Pontifik Katolik Universitetinin Mərkəzi kitabxanasında Azərbaycana həsr olunmuş kitbalar hədiyyə edildi

Azərbaycan Respublikasının Ekvador Respublikasındakı səfiri Elxan Poluxov, ölkənin paytaxtı Kito şəhərinə davam edən işğüzar səfəri çərçivəsində, Kitonun Pontifik Katolik Universitetinin Mərkəzi kitabxanasına, ölkəmizə həsr edilmiş kitbaları hədiyyə etmişdir.  Olaylar.az bildirir ki, azərbaycan, ispan, ingilis və portuqal dillərində Heydər Əliyev Fondu və digər nəşrlər tərəfindən çap olunmuş əlliyə yaxın kitablar, jurnal və digər materiallar Ekvadorun ən böyük kitabxanasında xüsusi fonda daxil edilmişdir.

Tədbir zamanı çıxış edən universitetin rektoru, professor Fernanod Ponse Leon bu iyanənin universitetə Azərbaycan tərəfindən edilən ilk hədiyyə olduğunu və bununla da universitetin müəllim və tələbələri tərəfindən ölkəmizə xüsusi maraq doğurulacağını söyləmişdir. 

Öz növbəsində səfir Elxan Poluxov, ölkəmizdə təhsilə dövlət tərəfindən göstərilən böyük qayğı haqqında danışaraq, Ulu Öndərimiz Heydər Əliyevin adını daşıyan fondun bu sahədə hayata keçirdiyi çox saylı yerli və beynəlxalq layihələr haqqında məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Qeyd edilmişdir ki, Azərbaycanda məlumatların bir çox xarici dillərə tərcüməsinə xüsusi diqqət yetrilir və hədiyyə olunan kitablar ölkəmizin siyasəti, iqtisadiyyatı, mədəniyyəti, tarixi və bir çox digər sahələrini əhatə edir, o cümlədən ağrılı olan Ermənistan-Azərbaycan Qağlıq Qarabağ münaqişəsini.

Tədbirin sonunda, tərəflər ölkələrimizin aparıcı kitabxanaları arasında işğüzar əlaqələrin yaradılması, kitab fondlarının zənginləşdirilməsi və məlumatların mübadilə prosesinin təşkili ətrafında geniş fikir mübadiləsi aparmışlar.

Böyük maraq ilə qarşılanmış tədbirdə, unuversitetin rəhbərliyi, müəllim və tələbə heyyəti, Xarici Əlaqələr və İnsan Mobilliyi Nazirliyinin və yerli KİV-in nümayəndələri böyük fəallıq nümaiş etdirərək ölkəmizlə bağlı çoxsaylı sallar vermişlər. Qeyd olunmalıdır ki 22 mindən artıq tələbəsi olan Kitonun Pontifik Katolik Unuversiteti Ekvadorun ən böyük dövlətə məxsus təhsil və elmi-tədqiqat ocaqlarından biridir.       

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31