Müharibədən əziyyət çəkən insanlardan bəhs edən film - “Dan yeli”

Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası tərəfindən “Dan yeli” qısametrajlı bədii film çəkilib. Olaylar.az bildirir ki, ekran əsərinin quruluşçu rejissoru Kamal Yaşar, ssenari müəllifi Türkan Zamanova, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, bəstəkarı Azər Hacıəsgərli, ikinci rejissoru Elman Şeydayev, icraçı prodüseri Tofiq Musayev və prodüseri Müşfiq Hətəmovdur.

Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası tərəfindən "Dan yeli" qısametrajlı bədii film çəkilib.

Olaylar.az bildirir ki, ekran əsərinin quruluşçu rejissoru Kamal Yaşar, ssenari müəllifi Türkan Zamanova, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, bəstəkarı Azər Hacıəsgərli, ikinci rejissoru Elman Şeydayev, icraçı prodüseri Tofiq Musayev və prodüseri Müşfiq Hətəmovdur.

Baş rolları Rasim Cəfər, Məhəmməd Şəmmədzadə və Kəbirə Həşimli canlandırıblar.

Qeyd edək ki, film cəbhəyanı ərazidə yaşayan bir ailənin və onun timsalında müharibədən əziyyət çəkən insanların dramından bəhs edir. Hekayənin əsas qəhrəmanı 6 yaşlı Qaqaşdır. Onun ən maraqlı məşğuliyyəti və sevgisi futboldur. O, digər uşaqlardan balaca olduğu üçün futbolu elə də yaxşı oynaya bilmir və bir dəfə kəndin uşaqları onu futbol meydançasından qovurlar. İndi onun futbol oynaya biləcəyi yeganə adam atasıdır. Atası İbrahimsə keçmiş zabitdir və müharibədə bir ayağını itirib. Problemin qoyuluşundan sonra filmin hekayəsi ata və oğulun bir-birlərinə sevgi və fədakarlıq xətti üzərində davam edir və gözlənilməz finalla yekunlaşır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31