Fransada meşə yanğınları 40 min hektara yaxın sahəni əhatə edib
20 İyul 21:19 DünyaBu ilin əvvəlindən etibarən Fransada təbii yanğınlar nəticəsində zərər çəkən ərazilərin sahəsi təxminən 40 min hektara çatıb.
Bu barədə Fransanın daxili işlər naziri Loran Nünyes "France Inter" radiosunun efirində bildirib.
"Yanaraq məhv olmuş meşə və bitki örtüyünün sahəsi 40 min hektardan bir qədər azdır. Bu, ötən illə, eləcə də onsuz da müstəsna hesab olunan 2022-ci ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur", - deyə nazir vurğulayıb.
İyulun 20-də Fransanın milli meteorologiya xidməti Meteo-France ölkənin 27 departamentində meşə yanğınları riskinin yüksək olduğunu elan edib, 6 departamentdə isə güclü istilərlə əlaqədar hava təhlükəsinin sondan bir əvvəlki - narıncı səviyyəsini tətbiq edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31