Yunanıstana gələn miqrantların sayında artım müşahidə olunur
Yunanıstanda hava şəraitinin yaxşılaşması ilə əlaqədar keçən həftədən etibarən qeyri-qanuni miqrantların sayının çoxalması müşahidə olunur. Mayın 20-30-u tarixlərində ölkəyə minə yaxın miqrant üz tutub.
31 May 2019 10:49 DünyaYunanıstanda hava şəraitinin yaxşılaşması ilə əlaqədar keçən həftədən etibarən qeyri-qanuni miqrantların sayının çoxalması müşahidə olunur.
Mayın 20-30-u tarixlərində ölkəyə minə yaxın miqrant üz tutub.
Bu isə miqrasiyanın 32,5 faiz çoxaldığından xəbər verir. Hazırda ölkədə 75 min qeyri-qanuni miqrant var. Yunanıstan hökuməti və yerli əhali adalarda miqrantların çoxalmasından narahatdır. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31