Alman incəsənətinə dair kolleksiyalar sərgilənəcək

İyunun 4-də Azərbaycan Milli İncəsənət Muzeyi “Dünya incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksyasından” сoğrafi sərgi silsilənin növbəti layihə təqdim ediləcək. Olaylar.az bildirir ki, layihə çərçivəsində “Alman incəsənəti Azərbaycan Milli İncəsənəti Muzeyinin kolleksiyasından” adlı sərgisi keçiriləcək.

İyunun 4-də Azərbaycan Milli İncəsənət Muzeyi "Dünya incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksyasından" сoğrafi sərgi silsilənin növbəti layihə təqdim ediləcək. Olaylar.az bildirir ki, layihə çərçivəsində "Alman incəsənəti Azərbaycan Milli İncəsənəti Muzeyinin kolleksiyasından" adlı sərgisi keçiriləcək.

Almaniya Fedarativ Respublikasının Azərbaycandakı Səfirliyi və Höte İnstitutunun dəstəyi sayəsində baş tutan bu sərgi Alman mədəni irsini daha yaxından tanımağa, eləcə də iki ölkə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə imkan yaradacaqdır.

Alman kolleksiyası Bakı neft sahibkarlarının əmlakının milliləşdirilməsi və 20-30-cu illərdə muzeyin fondlarının zənginləşdirilməsi məqsədilə Rusiyanın aparıcı muzeylərindən daxil olan xeyli miqdarda sənət əsərləri hesabına formalaşmışdır. Keçən əsrin 70-80-cı illərində muzeydə keçirilən alman qrafiklərinin sərigisinin yekunu üzrə bəxş edilən, eləcə də Almaniyada yaşayan azərbayacanlı rəssam İbrahim Əhrari tərəfindən muzeyə hədiyyə edilən bir sıra incəsənət əsərləri hesabına alman toplusu daha da zənginləşdirmişdir.

Heykəltəraşlıq, rəngkarlıq, qrafika və çeşidli dekorativ-tətbiqi sənət nümunələrini ehtiva etdirən olduqca zəngin və əhatəli kolleksiyada Alman bədii irsi önəmli yer tutur. Dekorativ-tətbiqi sənət Alman incəsənəti kolleksiyasının ən çoxsaylı hissəsidir. Bura əsas etibarilə çini və metal məmulatları daxildir. Metal məmulatlarına yüksək peşəkarlıqla yaradılmış soyuq silahlar və soba saatları daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31