Xalça Muzeyi üçüncü dəfə “Mükəmməllik sertifikatına” layiq görüldü

Azərbaycan Xalça Muzeyi dünyanın ən məşhur turizm saytı olan TripAdvisorun “Mükəmməllik sertifikatı 2019” mükafatına layiq görülüb.

Azərbaycan Xalça Muzeyi dünyanın ən məşhur turizm saytı olan TripAdvisorun "Mükəmməllik sertifikatı 2019" mükafatına layiq görülüb.

Olaylar.az b ildirir ki, 2010-cu ildə təsis olunmuş "Mükəmməllik sertifikatı" ilə misilsiz xidmət göstərən görməli yerlər, otel və restoranlar təltif olunur. Bu sertifikatı əldə etmək üçün ərizə ilə müraciət etmək mümkün deyil - o, yalnız milyonlarla insanın saytda bildirdikləri müsbət rəylər əsasında təqdim edilərək "xalqın səsini" ifadə edir. Beləliklə, həmin mükafata ötən il ərzində TripAdvisor saytında səyyahlardan gözəl rəylər almış turizm obyektləri layiq görülür. Azərbaycan Xalça Muzeyinin ziyarətçilərini əsasən turistlər təşkil edir və onların muzey haqqında təəssüratları olduqca müsbətdir. Məhz turistlərin TripAdvisor saytında paylaşdıqları rəylər mükafatın alınmasına təsir edir.

Qeyd edək ki, Azərbaycan Xalça Muzeyi 2018 və 2017-ci illərdə də bu sertifikata layiq görülmüşdür . Beləliklə, muzeyin TripAdvisor saytının "Şöhrət zalı" adlanan seçilmiş siyahısına daxil olmasına şans yaranır. Həmin fəxri siyahıya beş il ərzində saytın "mükəmməllik sertifikatına" layiq görülmüş müəssisələr daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31