Uşaqların Beynəlxalq Müdafiəsi gününü qeyd edildi

1 iyun uşaqların beynəlxalq müdafiəsi günü Dövlət Uşaq Filarmoniyası üçün silsilə konsert tədbirləri ilə yadda qalır. Olaylar.az bildirir ki, növbəti tədbir İçəri şəhər Arxeoloji parkında baş tutdu.

1 iyun uşaqların beynəlxalq müdafiəsi günü Dövlət Uşaq Filarmoniyası üçün silsilə konsert tədbirləri ilə yadda qalır. Olaylar.az bildirir ki, növbəti tədbir İçəri şəhər Arxeoloji parkında baş tutdu.

Tədbirdə giriş sözü ilə  Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar İncəsənət Xadimi Dilarə Əliyeva çıxış edib. Dilarə xanım çıxışında uşaqları bu gün münasibəti ilə ürəkdən təbrik edərək bildirib ki, hər birimiz uşaqların gözəl, firavan, sülh və əminamanlıq içində yaşaması üçün çalışırıq. 

Bir birindən maraqlı, rəngarəg musiqi nömrələri həm balacaların özlərinə, həm də onları izləyən həmyaşıdlarına böyük sevinc hissi yaşatdı. Multikultral dəyərlərə hər zaman xüsusi diqqətlə yanaşan Dövlət Uşaq Filarmoniyası repertuarı digər mədəniyyət nümunələrini də daxil edir. Balacaları izləyənlər arasında rus, hind, yapon və başqa ölkələrin nümayəndələri də var idi. Proqramın sonu isə arasıkəsilməz alqış sədaları ilə tamamlandı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31