Gündəm

Millət vəkilindən iqtisadçı ekspertə dəstək

26 Sentyabr 2019 14:00

“Ola bilər ki, gələcəkdə vergidən azad olunan məbləğ minimum əmək haqqı məbləği qədər olsun”  “Vergilər Məcəlləsinə edilən dəyişikliyə görə, artıq qeyri-dövlət və qeyri-neft sektorunda 8000 manata qədər olan əmək haqqı gəlir vergisindən azaddır. Digər sektorlarda isə əmək haqlarının 200 manata qədər olan hissəsi gəlir vergisindən azaddır. Məsələn, 250 manat (minimum əmək haqqı) məbləğindən olan əmək haqqıdan cəmi 7 manat vergi tutulur”. “Olaylar” xəbər verir ki, bunu millət vəkili Tahir Mirkişili deyib. Deputat bildirib ki, minimum əmək haqqının fəlsəfəsinə baxsaq, ola bilər ki, gələcəkdə vergidən azad olunan məbləğ minimum əmək haqqı məbləği qədər olsun: “Xatırladım ki, Vergilər Məcəlləsinə edilən dəyişiklər zamanı (200 manata qədər məbləğin vergidən azad olması) minimum əmək haqqı məbləği 180 man idi”.

“Beşiktaş"ın prezidenti olmaq fikrim yoxdur” - Mübariz Mənsimov

26 Sentyabr 2019 13:58

 “Xəzər Lənkəran“ və “Palmali”nin rəhbəri Mübariz Mənsimovun “Beşiktaş”a prezident olacağına dair iddialar yayılıb. Olaylar.az bildirir ki, İstanbul klubunun İdarə Heyətinin üzvü olan azərbaycanlı iş adamı Türkiyədə fəaliyyət göstərən “Azərbaycan Kartalları” fan klubuna verdiyi açıqlamada bu iddialara münasibət bildirib:

Sürücülərin komfort həyatı- gözündə eynək, qulağında telefon, əlində siqaret, böyründə "Çiko

26 Sentyabr 2019 13:59

Ölkənin ictimai nəqliyyatında ciddi islahatların aparılmasına baxmayaraq hələ də xeyli sayda problemlər yaşanmaqdadır. Hazırda ən çox müşahidə olunan problemlərdən biri də sürücü özbaşnalığı ilə bağlıdır. Son zamanlar sürücülərlə sərnişinlər arasında yaranan qalmaqallarla bağlı çoxsaylı video görüntülərin ortaya çıxması dediklərimizi bir daha təsdiq etmiş olur. İctimai nəqliyyat vasitələrinin təhlükəsiz idarə olunması bir yana, buna irad bildirən sərnişinlər sürücülər tərəfindən təhqir olunurlar.

WhatsApp bu telefonlarda işləməyəcək

26 Sentyabr 2019 13:56

WhatsApp mobil tətbiqetməsi 2020-ci ildən etibarən Windows Phone və iOS 8 istifadə edən telefonları dəstəkləməyəcək.

Banklarda “ağıllı” kassalar fəaliyyət göstərəcək

26 Sentyabr 2019 13:55

Kapital Bank korporativ müştərilər üçün smart kassa cihazlarını istifadəyə verib.“Olaylar” xəbər verir ki, cihazlar ənənəvi analoqlarından bir sıra üstünlükləri ilə seçilir. Belə ki, smart kassalar Android əməliyyat sistemi əsasında fəaliyyət göstərməklə yanaşı özündə POS terminal, kassa aparatı, uçot sistemi və hətta printer funksiyalarını birləşdirir. İstifadədə kifayət qədər sadə olmaqla touch screen, duos şəbəkə (WiFi və GPRS) ilə təchiz olunub, kamera, bluetooth və yaddaş kartına malikdir.

Vaqif Bayatlı Odər gənclərdən kimləri oxuyur? - MÜSAHİBƏ

26 Sentyabr 2019 13:40

Olaylar.az  şair, əməkdar incəsənət xadimi Vaqif Bayatlı Odərin həyat yoldaşı Tamam Bayatlı ilə Vaqif müəllimin yaradıcılığı ilə bağlı  müsahibəni təqdim edir. - Tamam xanım, Vaqif müəllimin səhhəti hazırda necədi? - Vaqif müəllimin səhhətini əvvəlki illərlə müqayisə etsək indi bir az yaxşıdır. Üç il bundan əvvəl Türkiyədə beynindən əməliyyat olundu. Beynindəki əməliyyatdan sonra məlum oldu ki,onun ürəyinə də müdaxilə olunmalıdır. Ürəyində bir damarı çox ciddi şəkildə tutulub. Və bu digər damarlara, ürəyin sağlam fəaliyyət göstərməsinə problem yaradır. Beyinin vəziyyəti ürəkdə hansısa əməliyyatı aparmağa icazə vermir. Bu yaxınlarda yenidən müayinə üçün Türkiyəyə getməyi düşünürük. Əgər beyində, yüz faizli sağalma olarsa, o zaman həkimlər ürəkdə lazimi əməliyyatı icra edəcəklər. Vaqif müəllimin həm ürək, həm də beyin həkimi İstanbul şəhərində “Acı badəm” klinikasında çalışır. Ümid edirik ki, bu müayinədən sonra Vaqif müəllimin səhhəti daha da yaxşı olacaq və o yenidən insanların arasında olacaq. Gəzdiyi küçələrdə yenidən onu görə biləcəyik, mətbuatda yazıları, müsahibələri yayımlanacaq. Ən başlıcası isə onu sevən oxucuları, yazıçı dostları ilə ünsiyyətdə olacaq. Ona ustad deyən, mənimlə tez-tez əlaqə saxlayan gənc şairlərlə görüşəcək.

Eldar Namazov Qarabağla bağlı ŞOK SİRLƏRİ AÇDI: Tofiq Qasımova deyirlər ki... - VİDEO

26 Sentyabr 2019 13:20

Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Eldar Namazov müsahibəsində qeyd edib. Həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşünü şərh edən Eldar Namazov Nikol Paşinyanın son bəyanatı fonunda diplomatiyamızın addımlarını dəyərləndirib.

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası 3 gün davam edəcək

26 Sentyabr 2019 13:19

 Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2019-cu il, 27-29 sentyabr tarixində Bakı İdman Sarayında (Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 26A, Xalça Muzeyinin yanı) VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.

“iPhone” əməliyyat sistemində kritik boşluq aşkar edilib

26 Sentyabr 2019 13:12

"Apple" şirkətinin yeni "iOS 13" sistemi təhlükə altındadır. Bu informasiya şirkətin rəsmi saytında dərc edilib. Kənar klaviaturanın köməyi ilə "iPhone" və "iPadOS" sistemlərinə tam müdaxilə etmək mümkündür.

240 herslik ekranla təchiz edilən ilk smartfon nümayiş olunub

26 Sentyabr 2019 13:11

"Sharp" şirkəti dünyada ilk dəfə 240 herslik yenilənmə tezliyinə malik ekranla təchiz edilən qabaqcıl "Aquos Zero 2" smartfonunu nümayiş etdirib.   Yeni qurğu "Full HD+" (2340x1080 piksel) təsvir ölçülü, quraşdırılmış barmaq izi skaneri və smartfonlar üçün rekord hesab edilən 240 herslik yenilənmə tezlikli 6,4 düym diaqonallı "OLED" ekranla təchiz olunub. İstehsalçı nümayəndələri qurğunun istifadəçi barmaqlarının toxunuşuna minimal reaksiya vaxtını təmin edəcək sensor panelinin çağırışa rekord sürətlə cavab verməsini xüsusilə qeyd edirlər.    

İndoneziyanın musiqi alətləri Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə olunub

26 Sentyabr 2019 13:10

İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fənani Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə İndoneziya milli musiqi alətləri olan anqklunq, qambanq, lodonq və digər musiqi alətləri hədiyyə edib.

Yeni casus proqramı aşkarlanıb

26 Sentyabr 2019 13:07

Rusiyanın "Kasperski laboratoriyası" antivirus şirkəti "Lazarus" kiberqruplaşması tərəfindən yaradılan "Dtrack" adlı casus proqram aşkarlayıb.

Opera və Balet Teatrının yaradıcı kollektivinin Gəncə uğuru

26 Sentyabr 2019 12:49

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı kollektivi Gəncədə qastrol səfərində olmuşdur. Olaylar.az bildirir ki, kollektiv Gəncə Dövlət Filarmoniyasının səhnəsində Üz.Hacıbəylinin "O olmasın, bu olsun" tamaşası ilə çıxış etmişdir (tamaşanın quruluşçu rerjissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev).

Dürüst və vicdanlı olmağın mükafatı...

26 Sentyabr 2019 12:39

1993-cü ilin dekabrı idi, “Neftçilər” metrostansiyasında qatara minib “Sahil”ə gedəcəkdim. Bir də gördüm ki, adamlar, əsasən də tələbələr mənə tərəf baxıb pıçıldaşırlar. Dərhal hiss etdim ki, baxışlar məni aşır, geriyə çevrildim, gördüm, Vurğun Əyyub məndən bir-iki metr aralıda durub, qatar gözləyir.