Sürücülərin komfort həyatı- gözündə eynək, qulağında telefon, əlində siqaret, böyründə "Çiko

Ölkənin ictimai nəqliyyatında ciddi islahatların aparılmasına baxmayaraq hələ də xeyli sayda problemlər yaşanmaqdadır. Hazırda ən çox müşahidə olunan problemlərdən biri də sürücü özbaşnalığı ilə bağlıdır. Son zamanlar sürücülərlə sərnişinlər arasında yaranan qalmaqallarla bağlı çoxsaylı video görüntülərin ortaya çıxması dediklərimizi bir daha təsdiq etmiş olur. İctimai nəqliyyat vasitələrinin təhlükəsiz idarə olunması bir yana, buna irad bildirən sərnişinlər sürücülər tərəfindən təhqir olunurlar.

Baxmayaraq ki, son zamanlar sürücülər müəyyən təlim kurslarına cəlb olunurlar ki, onlara bədbəxt hadisələr zamanı sərnişinlərə ilk yardım göstərilməsindən tutmuş, onlarla nəzakətli davranış qadaları barədə məlumat verilir. Lakin reallıq ondan ibarətdir ki, hökm sürən problemlərin xeyli hissəsinin elə sürücülər tərəfindən yaradıldığını desək, heç də fikrimizdə yanılmarıq. "Olaylar"ın əməkdaşı ictimai nəqliyyatda müşahidə etdiyi bir məqamı qeydə alıb: "Ölkədə konfort yaşayan təbəqələrdən biri də 53 saylı avtobusun sürücüləri imiş. Səhər fikir verirəm, sürücünün gözündə eynək, bir qulağında qulaqcıq, o birində telefon, əlində siqaret, böyründə "Çiko" və "Hell". Bilmirdi ki, hansı ilə məşğul olsun. Yalan olmasın, düz "İçəri şəhər" metrosuna qədər telefonda danışdı. Vecinə deyildi kim "saxla", kim "sür" qışqırır, hələ ətrafdakı avtomobillərin siqnalını demirəm. Bütün siqnal verən sürücüləri də söyürdü, guya onlar əsassız siqnal verirlər, yol hərəkət qaydalarını bilmirlər..."

Onu da qeyd edək ki, hazirda sürücülərin mobil telefonlarına naviqator sisteminin yüklənməsi dəb halını alıb. Sürücülər bununla mövcud qrafikə riayət etmək əvəzinə, avtobusu "öt mənki öt" prinsipi ilə idarə edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31