Gündəm
ADMİU-da Xalq artisti Cahangir Novruzovla görüş keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tanınmış aktyor və rejissor Azərbaycan Respublikasının Xalq artisti, Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovla görüş keçirilib.
Təxminən 1 milyard qurğu bu sistemin idarəetməsi altında işləyir
“Windows 10” sisteminin idarəetməsi altında işləyən cihazların sayı 900 milyonu ötüb. Bu haqda “Twitter”də “Microsoft”un vitse-prezidenti Yusif Mehdi məlumat verib. Onun sözlərinə görə, son 12 ayda “Microsoft”un əməliyyat sistemi ilə işləyən cihazların sayı xeyli artıb. Cari ilin mayında bu göstərici 825 milyon təşkil edib.
Dillər Universitetində Avropa Dilləri günü qeyd olunub
Sentyabrın 26-da Azərbaycan Dillər Universitetində (ADU) Avropa Dilləri günü münasibətilə tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbir gənc və yaşlı insanlarda dil öyrənməyi və ya mövcud dil bilikləri ilə xüsusi qürur duymağı aşılamaq, insanların bir sıra dilləri öyrənmələrinin asanlaşdırılması və təbliği üçün müvafiq təşəbbüsləri dəstəkləmək məqsədilə təşkil olunub. Avropa İttifaqı Nümayəndəliyinin Azərbaycandakı rəhbərinin müavini Denis Daniilidis, Macarıstanın Fövqəladə və Səlahiyyətli səfiri Viktor Sederkenyi, Rumıniyanın Fövqəladə və Səlahiyyətli səfiri Dan İanku, Xorvatiyanın Fövqəladə və Səlahiyyətli səfiri Branko Zebiç, Türkiyə Cümhuriyyəti səfirinin birinci müavini Barış Saygın, Yunanıstanın Azərbaycandakı Missiya başçısının müavini, Baş konsul Foteyni Karakatsani və səfirliyin əməkdaşı Mariya Delaki, Belçika Krallığının Missiya başçısının müavini Denis Naets, Serbiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları, Azərbaycan Respublikasının İndoneziyada və Hindistanda səfiri olmuş İbrahim Hacıyev və ölkənin digər ali məktəblərinin nümayəndələri tədbirdə qonaq olublar.
Bir insanın öz övladına qarşı şəfqət hissi yoxdursa, onun millətdən, hüquqlardan danışmağa haqqı yoxdur
Seymur Orucov: “Psixoloji problemlərinin olduğunu etiraf etsinlər və biz də partiyamızın hesabına onları müalicə üçün Maştağadakı xəstəxanaya göndərək”
“Əli Kərimli və trolları şiddətə və sadizm olayına dəstək göstərirlərsə...”
“AXCP sədri Əli Kərimlinin hakimiyyətə qarşı uğursuz iddiaları, xüsusilə trolluq məsələsini önə atması ilk növbədə belə qənaətə gəlməyə zəmin yaradır ki, bu adam sırf manipulyasiya cəhdləri vasitəsi ilə partiyasında, eləcə də ətrafında baş verən məlum olayları ictimai rəydən yayındırmağa çalışır”. Bu fikirləri Olaylar.az-a “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert sözügedən mövzuya münasibətini açıqlayarkən deyib.
“Instagram” hesabına müdaxilə üçün yeni üsul aşkarlanıb
Kibertəhlükəsizlik məsələləri ilə məşğul olan “Naked Security” şirkətinin mütəxəssisləri “Instagram” sosial şəbəkəsində yeni fırıldaqçılıq üsulu aşkarlayıblar. Bu barədə şirkətin saytında deyilir. Mütəxəssislərin məlumatına görə, əvvəlcə istifadəçilərin poçtuna əqli mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar onların “Instagram” hesabının 24 saat sonra bloklanacağı barədə elektron məktub göndərilir. Ekspertlər məktubun çoxlu qrammatik səhvlərə yol verilməklə tərtib olunmasına diqqət yetiriblər.
Çin orbitə yeni elmi tədqiqat peyki çıxarıb
Çin özünün “Yunhai-1 02" adlı yeni nəsil elmi-tədqiqat peykini orbitə çıxarıb. Peykin buraxılışı sentyabrın 25-də Ciuçüən kosmodromundan baş tutub. Peyki orbitə “Long March-D” raketdaşıyıcısı aparıb. Bu, "Long March" nəslindən olan raketdaşıyıcıların 313-cü buraxılışıdır.
“Bir, iki – bizimki!” iki dəfə nümayiş olunacaq
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan eyniadlı tamaşa oktyabrda iki dəfə təqdim ediləcək. Olaylar.az bildirir ki, oktyabrın 16-17-də nümayiş olunacaq səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rejissoru Rafael Həsənov, səs rejissoru Şahanə Səlimova, rejissor assistenti Nərmin Camalovadır.
Yetkinlik yaşına çatmayanlara alkoqollu içki satan cərimələnib
Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir. DİN-dən “Olaylar”a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Nəsimi RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində bir köşkdə satıcının yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktı aşkar edilmişdir. Həmin köşkün satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunmuşdur. Bu istiqamətdə reydlər davam etdirilir.
“YUĞ” Teatrı yeni mövsümün açılışına hazırlaşır
Azərbaycan Dövlət “YUĞ” Teatrı mövsümü sentyabrın 28-də U.Şekspirin “III Riçard” əsəri əsasında hazırlanan “Lənət” tamaşası ilə açacaq.
Xalq artisti Şövkət Ələkbərovanın xatirəsi anılacaq
Noyabrın 16-da Heydər Əliyev Sarayında görkəmli sənətkar, Xalq artisti Şövkət Ələkbərovanın xatirə gecəsi keçiriləcək.
Milli Məclis mandatı girov qoyan deputatın məsələsinə baxacaq
“Milli Məclis payız sessiyasına start verib, komitələr öz işinə başlayıb. Güman ki, Milli Məclisin İntizam Komissiyası da yaxın günlərdə toplaşacaq”. Bunu Milli Məclisin İntizam Komissiyasının katibi Məlahət İbrahimqızı deyib: “Komissiyanın mandatına daxil olan hər hansı iş olanda mütləq gündəliyə salınır. Ola bilsin ki, İntizam Komissiyası ilə bağlı bəzi məsələlər payız sessiyasının gündəliyinə salınsın”.
Bəstəkar Aygün Səmədzadənin “Azərbaycan 100 mahnıda” layihəsinin təqdimatı keçiriləcək
Sentyabrın 27-si, saat 15.00-da Azərbaycan Milli İncəsənət Muzeyində Bəstəkar Aygün Səmədzadənin “Azərbaycan 100 mahnıda” layihəsinin təqdimatı keçiriləcəkdir. Olaylar.az bildirir ki, layihənin rəhbəri və ideya müəllifi Xalq artisti, bəstəkar Aygün Səmədzadədir.
Məlahət İbrahimqızı Əli Kərimlini Azərbaycan qadınlarından üzr istəməyə çağırdı
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının ailəsində baş verən hadisə bir daha göstərdi ki, Əli Kərimli və onun ətrafı şiddəti və qəddarlığı dəstəkləyir. Bu isə ona dəlalət edir ki, Əli Kərimli öz məqsədlərinə çatmaq üçün ən qəddar metodlardan istifadə edə və hətta öz yaxınlarını qurban verə bilər. Millət vəkili Məlahət İbrahimqızı “Olaylar”a deyib ki, beynəlxalq sənədlərdə qadına qarşı işgəncə, şiddət və qəddarlıq cinayət kimi qəbul olunur: “Beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə birbaşa göstərirlir ki, bir qadına qarşı törədilən şiddət, qəddarlıq dünya qadınlarına qarşı zorakılıqdır. Konkret faktda isə qadına qarşı zorakılığı hakimiyyət iddiasında olan şəxs törədib. Yəni, əgər Əli Kərimli prezident olmaq niyyətindədirsə, yəqin ki, Fuad Qəhrəmanlı baş nazir-zad olmaq arzusunda olar. Belə bir vəzifə arzusunda olan şəxsin qadına qarşı zorakılıq törətməsi heç şübhəsiz ki, cinayətdir və məsuliyyət yaradır”.
Görkəmli opera müğənnisi Bülbülün xatirəsi yad olunub
Sentyabrın 26-sı Azərbaycan professional vokal sənətinin banisi, görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün (1897-1961) xatirə günüdür. Olaylar.az bildirir ki, bu münasibətlə Azərbaycanın Rusiyadakı səfiri, sənətkarın oğlu Polad Bülbüloğlu, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Xalq yazıçısı Elçin, mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabanda sənətkarın məzarını ziyarət ediblər. Sənətkarın məzarı üstünə tər çiçək dəstələri qoyularaq xatirəsi hörmətlə yad olunub.
.jpg)

.jpg)











