ABŞ Kubaya qarşı milli təhlükəsizlik üçün bütün imkanlardan yararlanacaq - Rubio
21:11 DünyaABŞ Kubadan irəli gələn milli təhlükəsizliyə qarşı təhdidləri aradan qaldırmaq üçün ona qarşı istənilən vasitədən istifadə etməyə hazırdır.
Bu barədə ABŞ dövlət katibi Marko Rubionun açıqlamasında bildirilib.
Dövlət katibi ABŞ-nin Kubada siyasi və iqtisadi islahatların vacib olduğuna dair mövqeyini bir daha təkrarlayıb. Onun fikrincə, ölkə iqtisadiyyatı "sərbəst çöküş vəziyyətindədir".
"ABŞ milli təhlükəsizlik təhdidlərini aradan qaldırmaq üçün bütün mövcud vasitələrdən istifadə etməyə davam edəcək <...> və Kubanın daha yaxşı gələcəyini təmin etmək üçün iqtisadi və siyasi islahatları təşviq edəcək. Kuba rəhbərliyi çox gec olmamışdan əvvəl əsl islahat, sülh və rifahı seçməlidir", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31