Beynəlxalq Media Forumu Azərbaycanın apardığı strateji siyasi xəttin göstəcisidir- ÖZƏL
12:03 Siyasət"Hazırda bütün diqqətlər Şuşada baş tutan Beynəlxalq Media Forumuna yönəlib. 2023-cü ildən keçirilən forumun ilk ilində - "Yeni media və IV Sənaye İnqilabı" , 2024-cü ildə "Dezinformasiyaya qarşı mübarizə", 2025-ci ildə isə "Süni intellekt dövründə media və informasiya dayanıqlılığı" mövzularına həsr olunmuşdu. 2026-cı ildə seçilmiş "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusu isə forumun diqqət mərkəzini sülh, kommunikasiya və etimadın bərpası kimi daha geniş geosiyasi məsələlərə istiqamətləndirəcək". "Olaylar" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib:
"Doğrudan da, media yalnız informasiya ötürən vasitə deyil, həm də sülh prosesi dövründə - sülh diplomatiyasının, postmünaqişə dövründə etimad quruculuğunun və qlobal informasiya təhlükəsizliyinin mühüm iştirakçısı olmalıdır. Bu baxımdan Forumun adının məhz etimad quruculuğu, sülh prosesi dövründə medianın missiyası olması təsadüfi deyil və Azərbaycanın apardığı strateji siyasi xəttin göstəcisidir.
Eyni zamanda, forum Azərbaycanın postmünaqişə dövründə sülh, əməkdaşlıq və regional sabitlik gündəliyini beynəlxalq ictimaiyyətə təqdim etməsi baxımından mühüm platforma rolunu oynayır".