“YUĞ” Teatrı yeni mövsümün açılışına hazırlaşır
Azərbaycan Dövlət “YUĞ” Teatrı mövsümü sentyabrın 28-də U.Şekspirin “III Riçard” əsəri əsasında hazırlanan “Lənət” tamaşası ilə açacaq.
26 Sentyabr 2019 15:17 MədəniyyətAzərbaycan Dövlət "YUĞ" Teatrı mövsümü sentyabrın 28-də U.Şekspirin "III Riçard" əsəri əsasında hazırlanan "Lənət" tamaşası ilə açacaq.
Olaylar.az bildirir ki, yeni quruluşda təqdim olunacaq tamaşada cəmi dörd obraz iştirak edəcək.
Səhnə əsəri bolqar rejissoru Xristo Stoyçevin quruluşunda təqdim olunacaq. Rejissoru Günay Səttar olan tamaşada Əməkdar artist Sonaxanım Mikayılova, Qasım Nağı, aktyorlar Oqtay Mehtiyev, Vüqar Hacyev, Elgün Həmidov, Natəvan Qeybani, Zümrüd Qasımova və Təranə Ocaqverdiyeva çıxış edəcək.
Tamaşanın səhnə tərtibatını bolqar rəssam Olqa Boseva verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31