Dillər Universitetində Avropa Dilləri günü qeyd olunub
Sentyabrın 26-da Azərbaycan Dillər Universitetində (ADU) Avropa Dilləri günü münasibətilə tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbir gənc və yaşlı insanlarda dil öyrənməyi və ya mövcud dil bilikləri ilə xüsusi qürur duymağı aşılamaq, insanların bir sıra dilləri öyrənmələrinin asanlaşdırılması və təbliği üçün müvafiq təşəbbüsləri dəstəkləmək məqsədilə təşkil olunub. Avropa İttifaqı Nümayəndəliyinin Azərbaycandakı rəhbərinin müavini Denis Daniilidis, Macarıstanın Fövqəladə və Səlahiyyətli səfiri Viktor Sederkenyi, Rumıniyanın Fövqəladə və Səlahiyyətli səfiri Dan İanku, Xorvatiyanın Fövqəladə və Səlahiyyətli səfiri Branko Zebiç, Türkiyə Cümhuriyyəti səfirinin birinci müavini Barış Saygın, Yunanıstanın Azərbaycandakı Missiya başçısının müavini, Baş konsul Foteyni Karakatsani və səfirliyin əməkdaşı Mariya Delaki, Belçika Krallığının Missiya başçısının müavini Denis Naets, Serbiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları, Azərbaycan Respublikasının İndoneziyada və Hindistanda səfiri olmuş İbrahim Hacıyev və ölkənin digər ali məktəblərinin nümayəndələri tədbirdə qonaq olublar.
26 Sentyabr 2019 16:44 SosialSentyabrın 26-da Azərbaycan Dillər Universitetində (ADU) Avropa Dilləri günü münasibətilə tədbir keçirilib.
Olaylar.az bildirir ki, tədbir gənc və yaşlı insanlarda dil öyrənməyi və ya mövcud dil bilikləri ilə xüsusi qürur duymağı aşılamaq, insanların bir sıra dilləri öyrənmələrinin asanlaşdırılması və təbliği üçün müvafiq təşəbbüsləri dəstəkləmək məqsədilə təşkil olunub. Avropa İttifaqı Nümayəndəliyinin Azərbaycandakı rəhbərinin müavini Denis Daniilidis, Macarıstanın Fövqəladə və Səlahiyyətli səfiri Viktor Sederkenyi, Rumıniyanın Fövqəladə və Səlahiyyətli səfiri Dan İanku, Xorvatiyanın Fövqəladə və Səlahiyyətli səfiri Branko Zebiç, Türkiyə Cümhuriyyəti səfirinin birinci müavini Barış Saygın, Yunanıstanın Azərbaycandakı Missiya başçısının müavini, Baş konsul Foteyni Karakatsani və səfirliyin əməkdaşı Mariya Delaki, Belçika Krallığının Missiya başçısının müavini Denis Naets, Serbiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları, Azərbaycan Respublikasının İndoneziyada və Hindistanda səfiri olmuş İbrahim Hacıyev və ölkənin digər ali məktəblərinin nümayəndələri tədbirdə qonaq olublar.
ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla bu günün yalnız Avropa üçün deyil, bütün dünya üçün əlamətdar olduğunu deyib. Akademik bildirib ki, Avropa dilləri günü anlayışını Avropada yaşayan xalqların dillərinin bayramı və Avropada istifadə edilən dillərin bayramı olaraq iki cür şərh etmək mümkündür.
Avropa İttifaqı Nümayəndəliyinin Azərbaycandakı rəhbərinin müavini Denis Daniilidis Avropa dilləri gününə həsr olunan tədbirdə iştirak etməkdən məmnun olduğunu bildirib. O, multikulturalizmin, dil müxtəlifliyinin Avropa İttifaqının əsasını təşkil etdiyini söyləyib. Dünyada miqyasından asılı olmayaraq, bir sıra xalqlara məxsus dillərin mövcud olduğunu deyən D.Daniilidis Avropa İttifaqının bunları qəbul etdiyini diqqətə çatdırıb. Xarici dillərin öyrənilməsi ilə bağlı danışan qonaq, eyni zamanda ana dilin itirilməməsindən, onun hər kəsin milli kimliyi olmasından söz açıb.
Rumıniyanın səfiri Dan İanku, Macarıstanın səfiri Viktor Sederkenyi, Yunanıstanın Azərbaycandakı Missiya başçısının müavini, Baş konsul Foteyni Karakatsani, Belçika Krallığının Missiya başçısının müavini Denis Naets dillərin öyrənilməsinin əhəmiyyətindən danışıblar. Qonaqlar təmsil etdikləri ölkələrin dillərinin və mədəniyyətlərinin Dillər Universitetində yüksək səviyyədə tədrisi və təbliğində göstərdiyi dəstəyə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.
"British school in Baku" və "Landau school in Baku"nun şagirdləri mahnılar oxuyub, rəqslər nümayiş etdiriblər.
Daha sonra tədbir iştirakçıları müxtəlif ölkə bayraqlarının, adət-ənənələrini əks etdirən rəmz və bukletlərin olduğu stendlərə baxış keçirilib, milli mətbəx nümunələrinin dadına baxılıb.