İranın 180 deputatı ABŞ-la anlaşma memorandumunun ləğvini tələb edir

İran parlamentinin 180-ə yaxın deputatı ABŞ-la İslamabadda əldə olunmuş anlaşma memorandumunun ləğv edilməsinə çağıran bəyanat yayıb.

Olaylar.az APA-ya istinadən bildirir ki, bəyanatda memorandumun ləğvi ilə yanaşı, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin qisasının alınması və ABŞ-la aparılan danışıqların gedişatının araşdırılması üçün xüsusi komissiyanın yaradılması tələb olunub.

Sənəddə, həmçinin, Hörmüz boğazının idarə olunması ilə bağlı qanunun qəbul edilməsi və orduya hərtərəfli dəstəyin göstərilməsi çağırışı da yer alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31