Bakıda daha 3 ünvanda yol təmiri yekunlaşdı - VİDEO
19:04 SosialBakı şəhərində daha 3 ünvanda yol təmiri yekunlaşıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, ötən şənbə və bazar günləri Dairəvi küçəsində (Bakı Dairəvi yolu), Sənan Abdullayev küçəsində (Baksol yolu) və Nazim Hikmət küçəsində aparılan təmir işləri uğurla yekunlaşdırılıb.
"İşlər gecə və gündüz saatlarında operativ şəkildə həyata keçirilib. Təmir işlərinin başa çatdırılması ilə sözügedən yol sahələrində nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin olunub", - deyə məlumatda qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31