Banklarda “ağıllı” kassalar fəaliyyət göstərəcək
Kapital Bank korporativ müştərilər üçün smart kassa cihazlarını istifadəyə verib.“Olaylar” xəbər verir ki, cihazlar ənənəvi analoqlarından bir sıra üstünlükləri ilə seçilir. Belə ki, smart kassalar Android əməliyyat sistemi əsasında fəaliyyət göstərməklə yanaşı özündə POS terminal, kassa aparatı, uçot sistemi və hətta printer funksiyalarını birləşdirir. İstifadədə kifayət qədər sadə olmaqla touch screen, duos şəbəkə (WiFi və GPRS) ilə təchiz olunub, kamera, bluetooth və yaddaş kartına malikdir.
26 Sentyabr 2019 13:55 İqtisadiyyatKapital Bank korporativ müştərilər üçün smart kassa cihazlarını istifadəyə verib."Olaylar" xəbər verir ki, cihazlar ənənəvi analoqlarından bir sıra üstünlükləri ilə seçilir. Belə ki, smart kassalar Android əməliyyat sistemi əsasında fəaliyyət göstərməklə yanaşı özündə POS terminal, kassa aparatı, uçot sistemi və hətta printer funksiyalarını birləşdirir. İstifadədə kifayət qədər sadə olmaqla touch screen, duos şəbəkə (WiFi və GPRS) ilə təchiz olunub, kamera, bluetooth və yaddaş kartına malikdir.
Smart kassalar, NFC tipli ötürücü ilə təmin olunub və mobil ödənişlər üçün əlverişlidir. Yəni rahatlıqla kart istifadə etmədən mobil telefon vasitəsilə bütün ödənişlər icra oluna bilər. Daha spesifik olsaq yeni nəsil "ağıllı" kassalar - POS terminal xidməti, kassa aparatı, NFC (təmassız), QR, taksitlə (aylara bölünərək ödəmə) ödənişlərin qəbulu, Cash-back və millərin dərhal hesablanması, BirBank ürəklər və ya analoji digər loyallıq sistemləri üzrə əməliyyatların aparılması, anbarda olan qalıq məhsullara nəzarət, Bar kodun oxunması, müştəri imzasının touch screen ekranda qoyulması və sair digər funksiyalara malikdir.