Putin İrəvanda Köçəryanla görüşəcək

Və Paşinyanın Kremı rəhbərinıə hazırladığı "sürpriz"

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin oktyabrın 1-də baş tutacaq Ermənistan səfəri əvvəlki səfərlərdən müsbət və mənfi tərəfləri ilə xeyli fərqlənəcək. "OLAYLAR"-ın xəbərinə görə, rəsmi məlumatlarda Kreml rəhbərinin Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmək üçün Yerevana səfər edəcəyi qeyd olunsa da, lakin Putinin Ermənistanda rəsmi görüşlərlə yanaşı, bir sıra qeyri-rəsmi görüşlər keçirəcəyi də bildirilir. Yayılan xəbərlərə görə, Vladimir Putin Ermənistana səfəri çərçivəsində baş nazir Nikol Paşinyanla yanaşı, işğalçı ölkənin keçmiş prezidenti Robert Köçəryanıla da görüşəcək. Erməni mediasının xəbərinə görə, hətta Kreml rəhbəri sabiq prezident Serj Sərkisyanıla da görüşməyə vaxt tapa biləcək.

Rusiya prezidentinin Köçəryan və Sərkisyanla görüşəcəyi barədə yayılan xəbərlər Ermənistan baş naziri tərəfindən ciddi narahatçılıqla qarşılanıb. Ermənistanın "Politik.am" saytının iddiasına görə Nikol Paşinyan Kreml rəhbərinin sabiq Ermənistan prezidentləri ilə görüş istəyinə etiraz aksiyaları ilə cavab verməyi düşünür. Saytın məlumatına görə, Putin İrəvanda olduğu müddətdə bir neçə dəfə Kreml rəhbərinə etiraz əlaməti olaraq aksiyalar keçiriləcək. Məlumatda o da bildirilir ki, hakimiyyətin bəzi nümayəndələri artıq Putinə qarşı etirazlarda iştirak edəcək gəncləri əlaqələndirmək, koordinasiya etməklə məşğuldur. Aksiyalara hətta qonşu Gürcüstandan da narazı şəxslərin cəlb ediləcəyi bildirilir. Vladimir Putinə qarşı keçiriləcək aksiyaların əsas təşkilatçısı qismində "Sasna Tsrer" Partiyasınn adı çəkilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31