Opera və Balet Teatrının yaradıcı kollektivinin Gəncə uğuru
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı kollektivi Gəncədə qastrol səfərində olmuşdur. Olaylar.az bildirir ki, kollektiv Gəncə Dövlət Filarmoniyasının səhnəsində Üz.Hacıbəylinin "O olmasın, bu olsun" tamaşası ilə çıxış etmişdir (tamaşanın quruluşçu rerjissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev).
26 Sentyabr 2019 12:49 MədəniyyətAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı kollektivi Gəncədə qastrol səfərində olmuşdur.
Olaylar.az bildirir ki, kollektiv Gəncə Dövlət Filarmoniyasının səhnəsində Üz.Hacıbəylinin "O olmasın, bu olsun" tamaşası ilə çıxış etmişdir (tamaşanın quruluşçu rerjissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev).
XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən tamaşa anşlaqla baş tutmuşdur. Tamaşada Gəncə şəhər rəhbərliyinin nümayəndələri, şəhərin icra başçısı və bir sıra digər məsul şəxslər, ziyalılar iştirak etmişlər. Çox böyük uğurla keçən tamaşada Teatrın aparıcı solistləri - Xalq artistləri Azər Zeynalov (Məşədi İbad) və Əkrəm Poladov (Rüstəm bəy), Əməkdar artistlər İlahə Əfəndiyeva (Gülnaz), Fərid Əliyev (Sərvər), Gülüstan Əliyeva (Sənəm), Cahangir Qurbanov (Qocu Əsgər), Ələkbər Əliyev (Həsənqulu bəy), Tural Ağasıyev (Rza bəy), Təyyar Bayramov (Xanəndə), solistlər Fəhmin Əhmədli (Həsən bəy), Rafiq Abbasov (Məşədi Qəzənfər), Ağaxan Şərifov (Hambal) və b. çıxış etmişlər.
Tamaşanı Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva idarə etmişdir.