Millət vəkilindən iqtisadçı ekspertə dəstək

“Ola bilər ki, gələcəkdə vergidən azad olunan məbləğ minimum əmək haqqı məbləği qədər olsun”  “Vergilər Məcəlləsinə edilən dəyişikliyə görə, artıq qeyri-dövlət və qeyri-neft sektorunda 8000 manata qədər olan əmək haqqı gəlir vergisindən azaddır. Digər sektorlarda isə əmək haqlarının 200 manata qədər olan hissəsi gəlir vergisindən azaddır. Məsələn, 250 manat (minimum əmək haqqı) məbləğindən olan əmək haqqıdan cəmi 7 manat vergi tutulur”. “Olaylar” xəbər verir ki, bunu millət vəkili Tahir Mirkişili deyib. Deputat bildirib ki, minimum əmək haqqının fəlsəfəsinə baxsaq, ola bilər ki, gələcəkdə vergidən azad olunan məbləğ minimum əmək haqqı məbləği qədər olsun: “Xatırladım ki, Vergilər Məcəlləsinə edilən dəyişiklər zamanı (200 manata qədər məbləğin vergidən azad olması) minimum əmək haqqı məbləği 180 man idi”.

"Ola bilər ki, gələcəkdə vergidən azad olunan məbləğ minimum əmək haqqı məbləği qədər olsun"

"Vergilər Məcəlləsinə edilən dəyişikliyə görə, artıq qeyri-dövlət və qeyri-neft sektorunda 8000 manata qədər olan əmək haqqı gəlir vergisindən azaddır. Digər sektorlarda isə əmək haqlarının 200 manata qədər olan hissəsi gəlir vergisindən azaddır. Məsələn, 250 manat (minimum əmək haqqı) məbləğindən olan əmək haqqıdan cəmi 7 manat vergi tutulur". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Tahir Mirkişili deyib. Deputat bildirib ki, minimum əmək haqqının fəlsəfəsinə baxsaq, ola bilər ki, gələcəkdə vergidən azad olunan məbləğ minimum əmək haqqı məbləği qədər olsun: "Xatırladım ki, Vergilər Məcəlləsinə edilən dəyişiklər zamanı (200 manata qədər məbləğin vergidən azad olması) minimum əmək haqqı məbləği 180 man idi".

Xatırladaq ki, iqtisadçı ekspert Vüqar Bayramov minimum əmək haqqının vergidən azad olunmasını təklif edib: "Fiziki şəxslərin gəlir vergisindən azad olunan hissənin 200 manatdan 300 manatadək artırılması daha məqsədəuyğun olardı. Doğrudur, Vergi Məcəlləsində vergidən azad olunan məbləğ minimum əmək haqqı ilə əlaqələndirilməyib. Qeyri-neft və qeyri-dövlət sektorunda çalışan və aylıq maaşı 8 min manatdan az olanların növbəti 7 il müddətində belə güzəştlərdən istfidə etdiyini nəzərə alsaq o zaman digər sektorlarda vergidən azad olunan məbləğin artırılmasına ehtiyac var. Bu minimum əmək haqqı səviyyəsində maaş alan vətəndaşın daha çox əmək haqqı almasına səbəb olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31