Gündəm

Beynəlxalq Muğam Mərkəzi və İnformasiya Agentliyi yeni beynəlxalq layihəyə imza atdılar

2 Noyabr 2020 12:49

Beynəlxalq Muğam Mərkəzi Trend İnformasiya Agentliyi ilə birgə yeni beynəlxalq layihəyə imza atıb. “Havalansın Xanın səsi, Qarabağın şikəstəsi” adlı layihənin ilk buraxılışı böyük maraqla qarşılanıb. Böyük Azərbaycan şairi Səməd Vurğunun “Azərbaycan” şeirindən ad alan layihə qədim Azərbaycan torpağı - ölkənin milli irsi olan Qarabağın tarixinə, mədəniyyətinə və sənətinə həsr edilib. Olaylar.az bildirir ki, layihənin ideya müəllifi beynəlxalq müsabiqələr laureatı, Fransa və Macarıstanın dövlət mükafatlarının sahibi, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynovdur.

Diyanət İşləri Başqanlığından “Charlie Hebdo” jurnalına etiraz

2 Noyabr 2020 10:29

Türkiyənin Diyanət İşləri Başqanlığı nəşrlərində islam dəyərlərini təhqir edən, son nəşrində isə Həzrəti Məhəmmədi və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı hədəf alan "Charlio Hebdo" jurnalına etiraz edib. Başqanlıq jurnalda yer alan mövcud karikatura ilə bağlı dünya ictimaiyyətini səssiz qalmamağa çağırıb. Olaylar.az həmin müraciəti təqdim edir:

San Paulo ştatında yaşayan 10 yaşlı Marlondan Azərbaycan əsgərinə məktub

2 Noyabr 2020 10:22

Azərbaycan Respublikasının Braziliyadakı səfirliyinə Braziliya vətəndaşı, San Paulo ştatında yaşayan 10 yaşlı Marlon “Əsgərə məktub” layihəsi çərçivəsində, şanlı Azərbaycan ordusuna məktub göndərib.

"Dərs vaxtı"nın 2 noyabr cədvəli

2 Noyabr 2020 10:07

Olaylar.az "Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı" proqramının 2 noyabr tarixi üçün nəzərdə tutulan cədvəlini təqdim edir.

Vüqar Rəhimzadə: “Amnesty International”ın, "Human Rights Watch"un və “Vice News” erməni faşizmini fakt olaraq təsdiqlədilər

30 Oktyabr 2020 15:13

“Dünya ictimaiyyəti artıq erməni faşizmini və vandalizmini fakt olaraq təsdiqləyir. ABŞ-ın “Vice News” nəşri, “Amnesty İnternational” və "Human Rights Watch" beynəlxalq hüquq müdafiə təşkilatlarının Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı qadağan olunmuş kaset bombalardan istifadə etdiyinə dair açıqlama yaymaları da göstərir ki, artıq dünya erməni vandalizminə və terrorizminə göz yuma bilmir. Bu isə Azərbaycan dövlətinin və xalqının Ermənistan üzərində növbəti siyasi-diplomatik qələbəsidir. Bəlkə də ermənilər düşünürdülər ki, Gəncə və Bərdə terrorları ilə xalqımızın mübarizə əzmini sındıracaqlar. Amma baş verənlər onu göstərir ki, belə hadisələr nainki insanların əzmini sındırmaq, əksinə Azərbaycan xalqını daha da mətinləşdirir”.

İtaliyanın nüfuzlu beyin mərkəzi saytında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazı dərc olundu

30 Oktyabr 2020 12:36

İtaliya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasının sədri Piero Fassino İtaliyanın nüfuzlu beyin mərkəzlərindən olan CeSPİ-nin (Centro Studi per Politica İnternazionale) internet saytında “Dağlıq Qarabağ: bizə də aidiyyəti olan münaqişə” adlı məqaləsi dərc olunub. Olaylar.az bildirir ki, məqaləsində italyan parlamentar Qafqaz bölgəsinin Avropa ölkələrində sənayeni, istehlakı və gündəlik həyatı üçün tələb olunan neft və qazın nəqlini təmin edən strateji boru kəmərlərinin keçməsi nöqteyi-nəzərdən əhəmiyyətindən, qlobalizasiyanın çoxtərəfli idarəetməsinin tərkib hissəsi olan TAP boru kəmərinin də daxil olduğu Cənub Qaz Dəhlizinin İtaliya üçün enerji asılılığının şaxələndiriməsi və enerji təhlükəsizliyinin gücləndirməsi üçün strateji vacibliyə malik olmasından danışıb. Deputat məqaləsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin lokal xarakterdən kənara çıxmaq risklərinin olmasını də nəzərə alaraq, prosesin siyasi həllinə nail olmaq və bölgədə davamlı sülh və təhlükəsizliyin əldə olunması üçün Aİ-nin xüsusilə də Minsk Qrupunun üzvü kimi İtaliyanın təcili tədbirlər görməsinin vacibliyini qeyd edib.

Cavad Xan və Aman Xan Naxçıvanskinin xələfləri Prezidentə müraciət etdi

30 Oktyabr 2020 12:06

Olaylar.az müxtəlif ölkələrdə yaşayan Cavad Xan və Aman Xan Naxçıvanskinin xələflərinin Azərbaycan Prezidentinə müraciətini təqdim edir. Müraciətdə deyilir: Hörmətli cənab Prezident, möhtərəm Ali Baş Komandan !

"Dərs vaxtı"nın 30 oktyabr cədvəli

30 Oktyabr 2020 09:59

Olaylar.az "Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı" proqramının 30 oktyabr tarixi üçün nəzərdə tutulan cədvəlini təqdim edir.

Təhsil naziri “Clarivate Analytics” şirkətinin nümayəndə heyəti ilə görüşdü

29 Oktyabr 2020 16:33

Oktyabrın 29-da Təhsil naziri Emin Əmrullayev ilə ABŞ-ın “Clarivate Analytics” şirkətinin nümayəndə heyəti arasında onlayn formatda görüş keçirilib. Olaylar.az bildirir ki, görüş zamanı Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Eyni zamanda 2018-ci ildən etibarən elmi-tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin artım dinamikasına görə ölkəmizin Cənubi Qafqaz regionu ölkələri arasında ilk pillədə qərarlaşması təqdirəlayiq hal kimi qeyd olunub.

Beynəlxalq Muğam Mərkəzi Qarabağın musiqi tarixi layihəsini təqdim edir

29 Oktyabr 2020 13:52

Beynəlxalq Muğam Mərkəzi ölkəmizin ərazi bütövlüyü üçün tarixi əhəmiyyət kəsb edən bu günlərdə dağıdılıb talan edilən tarixi-mədəni irsimizi bir daha dünyaya tanıdılması məqsədilə silsilə layihələrin icrasına başlayıb.

"Qarabağın məşhur müəllimləri" - Firidun bəy Köçərli

29 Oktyabr 2020 13:00

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması Firidun bəy Köçərlidir. Olaylar.az bildirir ki, əslən şuşalı olan Firidun bəy Köçərli 1885-1890 və 1893-1894-cü illərdə İrəvan gimnaziyasında ana dili, hüsnxətt fənlərini tədris edib. 1895-ci ildə Qori Müəllimlər Seminariyasının tatar şöbəsinin Azərbaycan dili və şəriət müəllimi təyin edilib. 1918-1920-ci illərdə onun təşəbbüsü ilə həmin seminariyanın əsasında açılmış Qazax Müəllimlər Seminariyasının müdiri işləyib.

Fərhad Bədəlbəylinin həyat və yaradıcılığı haqqında kitab nəşr edilib

29 Oktyabr 2020 12:35

Mədəniyyət Nazirliyinin sifarişi əsasında “Fərhad Bədəlbəylinin həyat və yaradıcılığı (məqalələr, rəylər, müsahibələr, materiallar)” adlı kitab çapdan çıxıb. Olaylar.az bildirir ki, əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovun tərtibçisi olduğu kitabda Xalq artisti, tanınmış pianoçu, bəstəkar, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin professional fəaliyyətinin bir çox yönləri işıqlandırılıb.

Koronavirusun daha bir təhlükəsi

29 Oktyabr 2020 11:31

Böyük Britaniyanın Kembric Universitetinin alimləri COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilən hər 100-cü xəstənin sonradan insult keçirdiyi qənaətinə gəliblər.