Gündəm

Sabah havanın dəyişkən buludlu olacağı ehtimalı var

5 Noyabr 2020 13:15

Milli Hidrometeorologiya Xidmətinin Olaylar.az-a verdiyi məlumata görə noyabrın 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

"Qarabağın məşhur müəllimləri" - Nəcəf bəy Vəzirov Nəcəf bəy Vəzirov

5 Noyabr 2020 12:44

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması Nəcəf bəy Vəzirovdur. O, 1854-cü ildə Şuşa şəhərində anadan olub. Ədibin maarifçilik ideyalarına xidmət edən zəngin yaradıcılığı milli dramaturgiyamızın inkişafında mühüm yer tutur.

"Dərs vaxtı"nın 5 noyabr cədvəli

5 Noyabr 2020 09:58

Olaylar.az "Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı" proqramının 5 noyabr tarixi üçün nəzərdə tutulan cədvəlini təqdim edir.

"Paşinyan son ümidlərinin də puça çıxdığını görməkdədir” - Bəhruz Quliyev

4 Noyabr 2020 16:16

“Bu gün müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəyliyi altında Qarabağ cəbhəsində əldə etdiyimiz qələbələr bir çox aparıcı ölkələrdə, hərbi-siyasi dairələrdə, sözün əsl mənasında, heyrət doğurmaqdadır. Əbəs deyil ki, hadisələr baş verən andan dünyanın bir sıra nüfuzlu qəzet və televiziyaları, media qurumları dövlət başçımızdan geniş müsahibələr alır, Qarabağ münaqişəsinin təfərrüatlarını ən incə məqamlarına qədər araşdırır, nəticələrə gəlirlər”. Bu fikirləri Olaylar.az-a “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin İtaliyanın nüfuzlu “La Republica” nəşrinə verdiyi müsahibəsində irəli sürdüyü fikirlərini şərh edərkən deyib.

“Qarabağ – mədəniyyətimizin beşiyi” - Lex qalası

4 Noyabr 2020 15:02

Lex qalası 1993-cü ildə Ermənistan tərəfindən işğal olunan Kəlbəcər rayonunun Qanlıkənd kəndinin ərazisində yerləşir.

“Microsoft Teams” interfeysi Azərbaycan dilinə tərcümə edilib

4 Noyabr 2020 10:28

“Virtual məktəb” istifadəçiləri "Microsoft Teams" platformasından Azərbaycan dilində istifadə edə bilərlər.

Təhsil Nazirliyi bəzi özəl ümumi təhsil müəssisələrinə XƏBƏRDARLIQ etdi

4 Noyabr 2020 10:11

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” 2020-ci il 29 oktyabr tarixli 430 nömrəli Qərarı ilə ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulub. Pandemiya ilə əlaqədar olaraq, dərslər "Virtual məktəb", eləcə də digər onlayn platformalar üzərindən keçirilir, həmçinin şagirdlərə “Dərs vaxtı” teledərsləri izləmək tövsiyə olunur.

Vüqar Rəhimzadə: İşğalçı Ermənistanın demokratik prinsiplərə və media azadlığına təhdid siyasəti cəzasız qalmamalıdır

3 Noyabr 2020 15:11

“Söz və mətbuat azadlığı demokratik dünya üçün bir dəyərdir. Bu dəyərlərin qorunması üçün dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları müxtəlif səviyyələrdə tədbirlər görürlər. Lakin hansısa səbəbdən bəzi hallarda bu dəyərlərin qorunmasına əhəmiyyət verilmir. Xüsusilə də Ermənistan kimi faşist ideologiyasına xidmət edən terrorçu dövlətin söz və mətbuat azadlığına qarşı fiziki məhvetmə hədələrinə susqunluqla yanaşılır. Ermənistan və onun dəstəklədiyi ASALA erməni terror təşkilatı informasiya müharibəsi müstəvisində ən iyrənc, qeyri-siyasi və qeyri-insani formalarda addımlar atmaqdadırlar”.

Nazirlik xəbərdarlıq edir - Ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir

3 Noyabr 2020 13:29

Milli Hidrometeorologiya Xidmətinin Olaylar.az-a verdiyi məlumata görə noyabrın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

İzmirdə zəlzələdə ölənlərin sayı 100-ə çatdı

3 Noyabr 2020 10:03

Türkiyənin İzmir şəhərindəki zəlzələdə həyatını itirənlərin sayı 98 nəfərə çatıb. 

Nazirlikdən tələbələrə və təhsil müəssisələrinə XƏBƏR

2 Noyabr 2020 15:27

Noyabrın 11-dən Təhsil Nazirliyi tərəfindən https://e-telebe.edu.az elektron portalı vasitəsilə müraciətlərin qəbulu prosesi dayandırılacaq. Müraciətlər üçün son tarix 10 noyabr nəzərdə tutulur. Olaylar.az bildirir ki, tələbələrin qeyd edilən tarixədək https://e-telebe.edu.az elektron portalına müraciətlərini yekunlaşdırması, natamam müraciətləri tamamlayaraq təsdiq etməsi xahiş olunur. Təhsil müəssisələri tələbələrin bu barədə təkrar məlumatlandırılmasını təmin etməli, müraciətlərə müəyyən edilmiş qaydada baxmalı, hüququ yaranan tələbələr üzrə müraciətləri təsdiq etməlidir.

Asif Rüstəmli haqqında “Fədakar tədqiqatçı-alim” kitabı nəşr olunub

2 Noyabr 2020 15:22

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor, Asif Rüstəmli haqqında “Fədakar tədqiqatçı-alim” kitabı çap olunub.

"Qarabağın məşhur müəllimləri" - Əhməd bəy Ağaoğlu

2 Noyabr 2020 15:15

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması Əhməd bəy Ağaoğludur. O, 1869-cu ildə Şuşa şəhərində doğulub. Əhməd bəy 1896-cı ildə #Şuşa Realnı məktəbinə fransız dili müəllimi təyin olunub. O, Şuşada ilk dəfə qiraətxana-kitabxana açıb. Parisdə təhsil görmüş, Avropa mədəniyyətini mənimsəmiş Əhməd bəy Şuşada müəllimlik etdiyi dövrdə uşaqların dünyəvi təhsilə marağını artırmağa çalışıb.1897-ci ildə Əhməd bəyin həyatının Bakı dövrü başlayıb. O, Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Bakıya gəlib, məktəblərdən birində fransız dilinin tədrisi ilə məşğul olub. 1925-ci ildə Əhməd bəy qurucusu olduğu Ankara Yüksək Hüquq məktəbində dərs deməyə başlayıb.

“Qarabağ – mədəniyyətimizin beşiyi” - Xocalı türbəsi

2 Noyabr 2020 13:25

XIV əsrə aid abidələrdən biri də, Xocalı kurqanları sahəsində, yonulmuş ağ daşlardan tikilmiş Xocalı abidəsidir.