İspaniya baş nazirin xanımını Türkiyəyə buraxmadılar
11:22 Dünyaİspaniya hökuməti Baş nazir Pedro Sançesin həyat yoldaşı Beqonya Qomesin NATO Zirvəsi üçün Ankaraya getməsinə icazə verilməməsinə sərt reaksiya verib.
Beqonya Qomes hazırda dörd ayrı cinayət işi üzrə araşdırılır və bu səbəbdən pasportu müvəqqəti olaraq məhkəmə tərəfindən alınıb.
Məhkəmə onun Londona - qızının məzuniyyət mərasiminə getməsinə icazə versə də, Ankara səfərini rədd edib. Qərara əsas səbəb kimi Türkiyənin Avropa İttifaqının hüquqi əməkdaşlıq məkanına daxil olmaması göstərilib. Hakim hesab edib ki, bu, məhkəmə nəzarəti və mümkün hüquqi əməkdaşlıq baxımından risk yaradır.
İspaniya hökuməti isə bu qərarı anlaşılmaz adlandırıb və Beqonya Qomesin NATO Zirvəsinə rəsmi protokol çərçivəsində dəvət edildiyini bildirib. Müsavat.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31