İran səfiri: "Xameneyi Ermənistanı ölkəmizin dürüst qonşusu adlandırırdı" – ÖZƏL
11:24 SiyasətOlaylar.az xəbər verir ki, İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirqolami iyulun 8-də keçirdiyi mətbuat konfransında bildirib ki, İranın Ali Rəhbəri Əli Xameneyinin Ermənistana qarşı xüsusi münasibəti olub və o, bu ölkəni sevgi ilə İranın "dürüst qonşusu" adlandırıb. Səfirin sözlərinə görə, Xameneyi İrandakı erməni icmasına xüsusi hörmətlə yanaşıb, müntəzəm olaraq erməni ailələrini, xüsusilə də İran-İraq müharibəsində həlak olanların yaxınlarını ziyarət edib.
İki ölkə arasındakı dostluğun əhəmiyyətini vurğulayan diplomat, Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyətinin Xameneyinin vida mərasimində iştirakına görə təşəkkürünü bildirib və bunun dövlətlərarası möhkəm əlaqələrin göstəricisi olduğunu qeyd edib.