Asif Rüstəmli haqqında “Fədakar tədqiqatçı-alim” kitabı nəşr olunub
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor, Asif Rüstəmli haqqında “Fədakar tədqiqatçı-alim” kitabı çap olunub.
2 Noyabr 2020 15:22 MədəniyyətAMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor, Asif Rüstəmli haqqında "Fədakar tədqiqatçı-alim" kitabı çap olunub.
Olaylar.az bildirir ki, kitabda ədəbiyyatşünas-alim, entuziast tədqiqatçı Asif Rüstəmlinin həyatı, yaradıcılığı, əsərləri haqqında Türkiyə və Azərbaycan alimlərinin elmi məqalələri, rəyləri, yerli və xarici mətbuatda dərc edilmiş publisistik yazılar, informasiyalar, rəsmi təbriklər, poetik düşüncələr öz əksini tapmışdır. Toplu Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilib.
Kitabın elmi redaktoru AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylidir. Rəyçiləri filologiya elmləri doktoru Baba Babayev, filologiya üzrə fəlsəfə doktoru Elmira Qasımovadır. Toplayanı və tərtib edəni isə Növrəstə Rüstəmlidir. "Həmişə yeni söz, yeni fikir və yeni fakt axtarışında" sərlövhəli ön sözün müəllifi Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirovdur.
"Elm və təhsil" nəşriyyatında çap olunan kitab xalq yazıçıları Anar və Elçinin, akademik İsa Həbibbəylinin Asif Rüstəmli haqqında müxtəlif illərdə yazdıqları məqalələrdən deyimlərlə açılır. Kitabın "Məqalər, rəylər" bölümündə Yaşar Qarayev, Sabir Əhmədli, Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Vilayət Quliyev, İslam Ağayev və başqa görkəmli şəxsiyyətlərin Asif Rüstəmlinin fəaliyyətinə həsr olunmuş yazıları yer alıb.