Gündəm

Əməkdar rəssam Faiq Abdullayev vəfat edib

29 Oktyabr 2020 10:18

Azərbaycan mədəniyyətinə itki üz verib. Gəncə şəhər Uşaq rəssamlıq məktəbinin keçmiş müəllimi, Əməkdar rəssam Faiq Abdullayev 2020-ci il 28 oktyabr tarixində, 75 yaşında vəfat edib. Olaylar.az bildirir ki, Faiq Nağı oğlu Abdullayev 9 may 1945-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. Gəncə şəhər 23 saylı orta məktəbi bitirib. Təsviri sənət üzrə ilk ixtisas təhsilini Gəncə şəhər Uşaq rəssamlıq məktəbində alıb. 1968-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1976-cı ildə V.Muxin adına Leninqrad (Sankt-Peterburq) Ali Rəssamlıq Sənaye Məktəbini sənaye incəsənəti ixtisası üzrə bitirib.

"Dərs vaxtı"nın 29 oktyabr cədvəli

29 Oktyabr 2020 10:10

Olaylar.az "Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı" proqramının 29 oktyabr tarixi üçün nəzərdə tutulan cədvəlini təqdim edir.

Tanınmış alimlər Dillər Universitetinə yazırlar- “Dualarımız sizinlədir, Qarabağ Azərbaycandır”

28 Oktyabr 2020 16:10

Azərbaycan Dillər Universitetində (ADU) erməni təxribatları və mülki şəxslərə qarşı həyata keçirilən terror əməlləri haqqında həqiqətlərin dünyaya çatdırılmasına xidmət edən Qərargah yaradılıb. Olaylar.az bildirir ki, universitetdə fəaliyyət göstərən mərkəzlərin, institutların, elmi-tədqiqat laboratoriyalarının əməkdaşları, eyni zamanda tələbələr, magistrlər, doktorantlar və digər strukturların əməkdaşları müxtəlif dövlət başçılarına, beynəlxalq qurumlara, media orqanlarına, elm xadimlərinə işğalçı Ermənistanın hərbi təxribatları, dinc insanlara qarşı törətdiyi terror əməlləri barədə məktublar göndərir. Artıq həmin məktublara cavablar gəlir. Məktub müəllifləri Azərbaycanın haqlı mövqeyini müdafiə edir, ölkəmizin ərazi bütövlüyünü dəstəklədiklərini bildirirlər.

Koreyada erməni işğalına və vandalizminə qarşı etiraz aksiyası keçirildi

28 Oktyabr 2020 16:07

Koreya Respublikasında yaşayan Azərbaycanlı gənclərin təşəbbüsü ilə Koreyanın müxtəlif şəhərlərində Ermənin işğalına və vandalizminə qarşı etiraz aksiyası keçirilib.

“Qarabağ – mədəniyyətimizin beşiyi” - Qutlu Musa türbəsi

28 Oktyabr 2020 14:02

Qutlu Musa türbəsi Ağdam rayonunun Xaçındərbətli kəndində yerləşir. Olaylar.az bildirir ki, Xaçındərbətli abidəsinin giriş qapısı üzərindəki kitabə, onun 1314-cü ildə ustad Şahbənzər tərəfindən Musa oğlu Kutlunun məzarı üzərində tikildiyini göstərir.

“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının xüsusi buraxılışı çap olundu

28 Oktyabr 2020 10:42

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” Beynəlxalq elmi jurnalının Azərbaycan-özbək ədəbi əlaqələrinə həsr olunmuş xüsusi buraxılışı nəşr olunub. Olaylar.z bildirir ki, toplunun təsisçisi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutudur.

Yeni təmayüllü liseylər

28 Oktyabr 2020 10:18

Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında" Qərar qəbul olunub. Olaylar.az bildirir ki, qərara əsasən, Gəncə şəhəri və Quba rayonunda yaradılmış fizika, riyaziyyat və informatika təmayüllü, Şirvan, Şəki şəhərləri və Şəmkir rayonunda yaradılmış kimya-biologiya təmayüllü liseylər siyahıya əlavə edilib.

Daha bir şagirdimiz düşmən təcavüzünün qurbanı olub

28 Oktyabr 2020 10:16

Ermənistan silahlı qüvvələrinin dinc əhalimizə qarşı cinayət əməlləri davam etməkdədir. Olaylar.az bildirir ki, çox təəssüf ki, bu gün daha bir şagirdimiz düşmən təcavüzünün qurbanı olub. Həlak olan Aysu İsgəndərova Bərdə rayonu Qarayusifli kənd tam orta məktəbinin 2-ci sinif şagirdi idi.

"Dərs vaxtı"nın 28 oktyabr cədvəli

28 Oktyabr 2020 10:15

Olaylar.az "Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı" proqramının 28 oktyabr tarixi üçün nəzərdə tutulan cədvəlini təqdim edir.

İşğal olunmuş ərazilərdə törədilən ağır ekoloji cinayətlərə son qoyulmalıdır

27 Oktyabr 2020 14:31

Təcavüzkar Ermənistan uzun illər Dağlıq Qarabağ və ətraf rayonları işğal altında saxlamaqla beynəlxalq birliyin nəzarətindən kənar bölgəyə çevrilən bu ərazilərdə qanunsuz fəaliyyətlə, o cümlədən təbii sərvətlərin talan olunması, su ehtiyatlarının çirkləndirilməsi, flora və faunanın məhvi, narkotik vasitələrin əkilib-becərilməsi və qanunsuz dövriyyəsi ilə məşğul olub.

Sabah hava necə olacaq?

27 Oktyabr 2020 12:53

Milli Hidrometeorologiya Xidmətinin Olaylar.az-a verdiyi məlumata görə oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

DİN yenidən əhaliyə müraciət edib

27 Oktyabr 2020 12:33

Daxili İşlər Nazirliyi vətəndaşlara koronavirusla bağlı müraciət edib.

"Qarabağın məşhur müəllimləri" - Əliyar Əliyev

27 Oktyabr 2020 12:12

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Əliyar Əliyevdir. Olaylar.az bildirir ki, Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib. O, iki il Saransk Dövlət Universitetində, daha sonra doğma kəndində pedaqoji fəaliyyətini davam etdirib.