Əməkdar rəssam Faiq Abdullayev vəfat edib

Azərbaycan mədəniyyətinə itki üz verib. Gəncə şəhər Uşaq rəssamlıq məktəbinin keçmiş müəllimi, Əməkdar rəssam Faiq Abdullayev 2020-ci il 28 oktyabr tarixində, 75 yaşında vəfat edib. Olaylar.az bildirir ki, Faiq Nağı oğlu Abdullayev 9 may 1945-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. Gəncə şəhər 23 saylı orta məktəbi bitirib. Təsviri sənət üzrə ilk ixtisas təhsilini Gəncə şəhər Uşaq rəssamlıq məktəbində alıb. 1968-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1976-cı ildə V.Muxin adına Leninqrad (Sankt-Peterburq) Ali Rəssamlıq Sənaye Məktəbini sənaye incəsənəti ixtisası üzrə bitirib.

Azərbaycan mədəniyyətinə itki üz verib. Gəncə şəhər Uşaq rəssamlıq məktəbinin keçmiş müəllimi, Əməkdar rəssam Faiq Abdullayev 2020-ci il 28 oktyabr tarixində, 75 yaşında vəfat edib.

Olaylar.az bildirir ki, Faiq Nağı oğlu Abdullayev 9 may 1945-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. Gəncə şəhər 23 saylı orta məktəbi bitirib. Təsviri sənət üzrə ilk ixtisas təhsilini Gəncə şəhər Uşaq rəssamlıq məktəbində alıb. 1968-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1976-cı ildə V.Muxin adına Leninqrad (Sankt-Peterburq) Ali Rəssamlıq Sənaye Məktəbini sənaye incəsənəti ixtisası üzrə bitirib.

Rəssamın Bakı (1995), Şəmkir (2015) və Gəncə (2015) şəhərlərində sərgiləri təşkil olunub. Fırça ustasının 2003-cü ildə Ukraynanın Odessa şəhərində sərgisi keçirilib.  Ölkəmizin və Ukraynanın fəxri fərmanlarını alana layiq görülən Faiq Abdullayev 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Əməkdar rəssam" fəxri adını alıb. 

Allah rəhmət eləsin!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31