Gündəm

“Mən Gəncəyəm” adlı sənədli film çəkildi

27 Oktyabr 2020 11:25

Gəncə hadisələrini özündə əks etdirən “Mən Gəncəyəm” adlı sənədli film çəkilib. Filmdə ilk dəfə Gəncəyə gedən aktyorun qeydləri və orada yaşanan hadisələr olduğu kimi, real hadisələr əsnasında öz əksini tapıb. Daha böyük auditoriyaya çatdırmaq üçün filmdə ingilis dilində titr da yerləşdirilib.

Erməni lobbisinin İsraili Nasist Almaniyası ilə eyniləşdirməsi ABŞ yəhudi icmasında ciddi narazılıqla qarşılanıb - Los Ancelesdə

27 Oktyabr 2020 10:33

Los Ancelesdə erməni lobbisinin İsraili Nasist Almaniyası ilə eyniləşdirməsi ilə bağlı Bakı Şəhəri Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin yazdığı məqalə 22 oktyabr tarixində ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan, Los Ancelesdə nəşr edilən “Jewish Journal” qəzetində dərc olunub. Olaylar.az bildirir ki, İsrailin Azərbaycana dəstəyinə etiraz olaraq Los Ancelesdəki erməni lobbisi ötən həftə İsrail Baş Konsulluğu qarşısında mitinq keçirib. Həmin mitinqdə İsrailə ünvanlı “Sizin Nasist Almaniyasından heç bir fərqiniz yoxdur” şüarı nümayiş etdirilib.

“Qarabağı bərpa etməyə cümlə hazırız!” adlı videoçarx hazırlandı

27 Oktyabr 2020 10:29

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən “Qarabağı bərpa etməyə cümlə hazırız” adlı videoçarx hazırlanıb. Olaylar.az bildirir ki, videoçarx Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır!” çağırışından ruhlanaraq, onun ətrafında birlik nümayiş etdirən ziyalılarımızın Azərbaycanın mədəniyyət beşiyi – Qarabağın bərpası və inkişafı naminə cümlə hazır olmalarının ifadəsidir.

"Dərs vaxtı"nın 27 oktyabr cədvəli

27 Oktyabr 2020 10:13

Olaylar.az "Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı" proqramının 27 oktyabr tarixi üçün nəzərdə tutulan cədvəlini təqdim edir.

Ermənistan Silahlı Qüvvələri Ağdamda məktəb binasını atəşə tutdu

26 Oktyabr 2020 16:20

Oktyabrın 26-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağdam rayonu Qaradağlı kənd tam orta məktəbi atəşə tutulub. Olaylar.az bildirir ki, nəticədə məktəbə ciddi ziyan dəyib.

Azərbaycanın rəqəmsal hökumət quruculuğu tezliklə Qarabağda davam etdiriləcək

26 Oktyabr 2020 15:08

Rəqəmsal hökumətin artan rolunu, rabitəninvacibliyini, qlobal və regional əməkdaşlığa ehtiyacı müzakirə etmək məqsədilə“BMT-nin Elektron Hökumət Sorğusu kontekstindəki region ölkələrində elektronhökumətin inkişafı yönündə nailiyyətlər və problemlər” mövzusunda onlaynkonfrans təşkil edilib. Olaylar.az bildirir ki, onlayn konfrans Qazaxıstan Respublikasının Rəqəmsalİnkişaf, İnnovasiyalar və Aerokosmik Sənayesi Nazirliyinin Birləşmiş MillətlərTəşkilatının İqtisadi və Sosial Məsələlər Departamenti ilə birgə və “Zerde Milliİnfokommunikasiya Holdinq” ASC və Astana Dövlət Xidməti Mərkəzinintəşkilatçılığı ilə keçirilib.

Hərb meydanında hər qələbə Azərbaycan diplomatiyasının daha da gücləndirir - Cəsarət Hüseynzadə

26 Oktyabr 2020 15:04

“Oktyabrın 23-də Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin iştirakı ilə Vaşinqtonda Dağlıq Qarabağ ətrafında baş verən hadisələrlə bağlı müzakirələr aparılıb. Son məlumata görə Dövlət Departamenti, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədirləri bəyanatla çıxış ediblər və növbəti dəfə humanitar atəşkəs elan haqqında razılıq olub. Humanitar atəşkəslə bağlı hər bir ölkə öz üzərinə müəyyən öhdəliklər götürür. Azərbaycan tərəfi hər zaman bu öhdəlikləri yüksək səviyyədə, ölkə başçısı tərəfindən şərtləri və qaydası ilə mövqeyini dəqiq bildirir, humanitar atəşkəslə bağlı götürdüyü öhdəliyi yerinə yetirir. Amma təəssüf ki, sentyabrın 27-dən bu günə qədər iki dəfə humanitar atəşkəs haqqında razılıq əldə olundu və Ermənistan tərəfi atəşkəsi pozması nəticəsində Azərbaycan tərəfi cavab atəşi verib.”

Mülayim şimal-şərq küləyi əsəcək

26 Oktyabr 2020 13:45

Milli Hidrometeorologiya Xidmətinin Olaylar.az-a verdiyi məlumata görə oktyabrın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 20-24, Bakıda gecə 14-16, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Erməni təxribatları və terroru haqqında həqiqətlərin dünyaya çatdırılmasına xidmət edən Qərargah yaradıldı

26 Oktyabr 2020 13:43

Azərbaycan Dillər Universitetində Rektoryanı Şuranın tövsiyəsi ilə erməni təxribatları və terroru haqqında həqiqətlərin dünyaya çatdırılmasına xidmət edən Qərargah yaradılıb. Olaylar.az bildirir ki, universitetdə fəaliyyət göstərən mərkəzlərin, institutların, elmi-tədqiqat laboratoriyalarının əməkdaşları, eyni zamanda tələbələr, magistrlər, doktorantlar və digər strukturların əməkdaşları müxtəlif dövlət başçılarına, beynəlxalq qurumlara, media orqanlarına, elm xadimlərinə işğalçı Ermənistanın hərbi təxribatları, dinc insanlara qarşı törətdiyi terror əməlləri barədə məktublar göndərir.

Xalq artisti “Qarabağda müharibə” layihəsinin qonağı oldu

26 Oktyabr 2020 12:45

Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov CBC Azərbaycan televiziyasının “Qarabağda müharibə” layihəsinin qonağı olub. Olaylar.az bildirir ki, canlı efirdə “Azərbaycan mədəniyyətinin beşiyi Şuşa” mövzusunda çıxış edən Xalq artisti Qarabağ muğam məktəbi, musiqimizin məbədi və beşiyi olan füsunkar Şuşa şəhəri ilə bağlı düşüncələrini bölüşüb. Vurğulanıb ki, tarix boyu bu qala düşmən basqınlarına, hücumlarına məruz qalmışdırsa da, heç vaxt əyilməmiş, həmişə alınmaz olmuşdur. Müzəffər ordumuz 30 ilə yaxın düşmən əsirliyində qalan Şuşamızı da tezliklə azad edəcək. Bu gün işğal altında olan Şuşa qalasının, Şuşa şəhərinin mədəniyyətindən danışarkən onun unikallığını xüsusi qeyd etmək lazımdır.

Bir olan, vahid olan xalqı heç bri qüvvə sındıra bilməz!

26 Oktyabr 2020 11:51

Günü gündən Azərbaycana təziq artır və artacaq. Bu sarıdan dünya böyük təcrübə toplayıb, günahsızı günahkar adlandırmaq, ikili standartları tədbiq etmək, yalanı doğru adlandırmaq və s. Hər şeyə əl atacağlar, kimyəvi silah da “tapacağlar" bizdə, lazım olsa, lap atom bombası da.

Ermənistanın mülki əhaliyə hücumu nəticəsində bugünüdək 65 nəfər həlak olub

26 Oktyabr 2020 11:09

04, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olmuş, 138 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

Karantin rejiminin tələblərini pozan mehmanxanalar aşkarlandı

23 Oktyabr 2020 15:46

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”na əməl olunması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət qurumları ilə birlikdə mehmanxanalarda yoxlama-nəzarət tədbirlərini davam etdirir.