“Qarabağı bərpa etməyə cümlə hazırız!” adlı videoçarx hazırlandı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən “Qarabağı bərpa etməyə cümlə hazırız” adlı videoçarx hazırlanıb. Olaylar.az bildirir ki, videoçarx Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır!” çağırışından ruhlanaraq, onun ətrafında birlik nümayiş etdirən ziyalılarımızın Azərbaycanın mədəniyyət beşiyi – Qarabağın bərpası və inkişafı naminə cümlə hazır olmalarının ifadəsidir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən "Qarabağı bərpa etməyə cümlə hazırız" adlı videoçarx hazırlanıb. 

Olaylar.az bildirir ki, videoçarx Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin "Qarabağ Azərbaycandır!" çağırışından ruhlanaraq, onun ətrafında birlik nümayiş etdirən ziyalılarımızın Azərbaycanın mədəniyyət beşiyi - Qarabağın bərpası və inkişafı naminə cümlə hazır olmalarının ifadəsidir.

Videoçarxda Azərbaycanın tanınmış sənətkarlarından Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov, Məleykə Əsədova, Eyyub Yaqubov, Xalq şairi Baba Vəziroğlu, Əməkdar artistlər Ədalət Şükürov, Fərqanə Qasımova, Bəhram Bağırzadə, Lalə Məmmədova, Əməkdar mədəniyyət işçisi Aşıq Samirə, Bakı Uşaq və Gənclər Teatrının aktyorları və qəlbi Qarabağ həsrəti ilə döyünən digər mədəniyyət xadimləri iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31