Bir olan, vahid olan xalqı heç bri qüvvə sındıra bilməz!

Günü gündən Azərbaycana təziq artır və artacaq. Bu sarıdan dünya böyük təcrübə toplayıb, günahsızı günahkar adlandırmaq, ikili standartları tədbiq etmək, yalanı doğru adlandırmaq və s. Hər şeyə əl atacağlar, kimyəvi silah da “tapacağlar" bizdə, lazım olsa, lap atom bombası da.

Günü gündən Azərbaycana təziq artır və artacaq. 

Bu sarıdan dünya böyük təcrübə toplayıb, günahsızı günahkar adlandırmaq, ikili standartları tədbiq etmək, yalanı doğru adlandırmaq və s. 

Hər şeyə əl atacağlar, kimyəvi silah da "tapacağlar" bizdə, lazım olsa, lap atom bombası da. 

Budur müasir dünya. Və getdikcə ermənilərin silahlandırılması güclənəcək.

Prezident çıxışında bunlara işarə verdi, daha doğrusu, açıq dedi. 

Amma bizim başqa yolumuz yox artıq. 

Türkiyə və Azərbaycan bu savaşda bir yerdədirlər, haqq tərəfdədirlər və ağır olsa da, Qələbə bizim olacaq! 

Baxın, bizi daim tənqid edib ay demokratiya belə getdi, ay insan haqları belə gəldi deyən beynalxalq təşkilatların hamısı bu gün haqqları taptalanmış Azərbaycanı deyil, təcavüzkar Ermənistanı dəstəkləyirlər.

Budur onların həqiqi sifəti, budur onların həqiqi niyətləri. 

Amma dünya tarixi bizə bir örnəkdir - bir olan, vahid olan xalqı heç bri qüvvə sındıra bilməz!

Biz ordumuza güvənirik, biz Prezidentimizə güvənirik, biz Ərdoğana güvənirik, biz Pakistana, Ukrainaya, İsrailə, bizi dəstkləyən hər kəsə təşəkkürümüzü bildiririk və biz Şuşada "Yallı" oynamağımıza zərrə qədər də şübhə etmirik!

Qarabağ Azərbaycandır!

#karabakhisazerbaijan

Azər Qəribov

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31