Gündəm
Ermənistan təcavüzkar addımları ilə dünyaya özünün faşist simasını göstərdi
“Bütün dünyanın gündəmini tutan Qarabağ müharibəsi Azərbaycanın haqq savaşıdı. Azərbaycan tarixi torpaqlarının erməni işğalçılarından azad olunması mübarizəsindədir. Şücaətli, yenilməz Azərbaycan ordusu öz gücünü göstərərək hərb meydanında düşməni ağır məğlubiyyətə düçar etməkdədir”. Bunu “Olaylar”a deyən Nəsimi rayon Təhsil işçisi Xatirə Fehruzzadənin sözlərinə görə, oktyabrın 20-də Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində Azərbaycanın üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu, bu öhdəliklərə sadiqliyini vurğulamışdı. Prezident İlham Əliyev Ermənistanın atəşkəs rejimini kobud şəkildə pozduğunu, danışıqlardan sonra heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum etdiyini və gecə vaxtı - yatmış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirdiyini bildirmişdi:
Hövsana içməli su məhdudiyyətlə veriləcək
Bu gün Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsinə içməli suyun verilməsi məhdudlaşdırılacaq. Bu barədə “OLAYLAR”-a “Azərsu” ASC-dən bildirilib.
İsrailin Azərbaycandakı Səfiri Mingəçevirdəki elektrik stansiyalarında olub
Oktyabrın 23-də İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Corc Dik Mingəçevir şəhərinə humanitar səfər edərək Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-də olub. “OLAYLAR”-a Səhmdar Cəmiyyətin mətbuat xidmətimndən bildirilib ki, səfir Corc Dik əvvəlcə “Azərbaycan” İES-in ərazisində ucaldılan Ulu Öndər Heydər Əliyevin heykəlinin və Şəhidlər abidəsinin önünə gül dəstələri qoyub. Sonra səfir stansiyanın ərazisini gəzərək raket düşən yerlərlə tanış olub.
Ermənistan prezidenti Makrondan nə xahiş edib?
Ermənistan Prezidenti Armen Sarkisyan və fransalı həmkarı Emmanuel Makron cümə günü Yelisey Sarayında keçirilən görüşdə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.
İqtisadiyyat naziri İranın səfiri ilə görüşüb
İqtisadiyyat naziri Mikayıl Cabbarov İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb. Nazurlikdən “Olaylar”a bildirilib ki, M.Cabbarov ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibəti ilə səfiri təbrik edib, uğurlar arzulayıb. Vurğulayıb ki, Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri ikitərəfli əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvədir. Son 7 ildə dövlət başçıları arasında 13 yüksək səviyyəli görüş keçirilib və mühüm qərarlar qəbul edilib. Bildirilib ki, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlıq inkişaf edir, Azərbaycanın əlverişli biznes mühitindən yararlanan İran şirkətlərinin sayı artır, qarşılıqlı investisiya əməkdaşlığı həyata keçirilir, birgə layihələr icra olunur.
Fikrət Məmmədov Özbəkistan səfiri ilə Ermənistanın müharibə cinayətləri barədə danışıb
Oktyabrın 22-də Ədliyyə naziri Fikrət Məmmədov Özbəkistanın ölkəmizdə yeni təyin olunmuş səfiri Bahrom Aşrafxanovla görüşüb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüşdə Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, bu əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin xüsusi rolu vurğulanıb. Əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən ədliyyə sahəsində səmərəli həyata keçirildiyi bildirilib.
Qarabağdakı əcnəbi iş adamlarına xəbərdarlıq edildi
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılmış araşdırmalarla Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizdə qeyri-qanuni hasilat işləri ilə məşğul olan, o cümlədən qızıl və və digər metal filiz yataqlarını istismar edən, eləcə də nərə balığı və qara kürü, elektrik enerjisi istehsalı, qanunsuz saat satışı, bankçılıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər müəyyən edilib.
“WhatsApp” birbaşa çatda alış-veriş etməyə imkan verəcək
“Facebook” şirkətinə məxsus “WhatsApp” messenceri kiçik biznes üçün imkanların genişləndirilməsini elan edib. Brendin nümayəndələri ilə yazışma zamanı istifadəçilər məhsul və xidmətlərin kataloqlarını istəyə, məsləhət ala və birbaşa çatda alış-veriş edə biləcəklər.
“Qarabağ – mədəniyyətimizin beşiyi”: Məmər kənd məscidi
Qubadlı rayonuna aid olan Məmər kənd məscidi ХVIII əsrdə inşa еdilmişdir.
Fransa telekanalında Ermənistanın işğalçılıq siyasətindən danışılıb
Fransada fəaliyyət göstərən “RT France” telekanalında Dağlıq Qarabağ münaqişəsindən danışılıb. “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, telekanalın "Xəbərlər" proqramına müsahibəsində Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, Fransa–Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri Günel Səfərova bildirib ki, oktyabrın 10-da Moskvada əldə olunan humanitar atəşkəs rejimini Ermənistan tərəfi kobud şəkildə pozaraq bir neçə saat sonra cəbhə xəttindən uzaqda yerləşən Gəncə şəhərindəki yaşayış binalarını raket atəşinə tutub. Humanitar atəşkəs rejiminin əldə olunmasına baxmayaraq Gəncə, Mingəçevir, Bərdə, Tərtər şəhərləri raket və artilleriya zərbələrinə məruz qalır.
Belçika mediasında Azərbaycanın haqlı mövqeyindən yazılıb
Belçikanın "belcikaaydinhaber.com" portalında Əbu-Dabi Universitetinin beynəlxalq əlaqələr kafedrasının müəllimi, tədqiqatçı, yazar Şəhrizad Süleymanın "Ermənistanın gerçək üzü və Qarabağ Azərbaycandır!" başlıqlı məqaləsi yayımlanıb. “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, məqalədə ermənilərin son 200 ildə türk millətinə qarşı törətdiyi qanlı çinayətlərdən, əsassız ərazi iddialarından bəhs edilib. 30 ilə yaxındır işğalçı Ermənistan ordusu tərəfindən Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonun işğal altında saxlanıldığına diqqət cəlb edilib.
Anar Məmmədov: “Azərbaycan xalqı dövlətimizin ən parlaq səhifəsini yazır”
“Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimizin Qarabağda həyata keçirdiyi əks-hücum əməliyyatları erməni xalqını 30 ildir yaşadığı səfalətdən qurtaracaq”. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Anar Məmmədov çıxış edib. O, qeyd edib ki, bu gün müzəffər Azərbaycan ordusu şərəfli missiyanı layiqincə yerinə yetirir:
Marneulidə Gəncə terrorunun qurbanları yad edilib
Gürcüstanın Marneuli rayonunda fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşəbbüsü ilə Gəncə terrorunda həlak olanların anım mərasimi keçirilib. “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, mərasimdə gənclər və GAİM-in müəllim-şagird heyəti iştirak ediblər. GAİM qarşısında yaradılan Gəncə guşəsində Ermənistanın törətdiyi vandalizm aktları zamanı həlak olan və yaralanan uşaqların şəkilləri, "Ermənistanın təcavüzünə son qoyulsun!", "Ermənistan terroruna son!", “Gəncə üçün dua et!", “Uşaq ölümünə son qoyun” və s. şüarlar nümayiş etdirilib, güllər düzülüb, şamlar yandırılıb.
Astarada narkotacir saxlanıb
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında Lənkəran şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Səpnəkəran kənd sakini, əvvəllər məhkum olunmuş P.Həsənov saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana götürülüb.
Soltan Məmmədov: “Ermənistanın dinc sakinlərə qarşı törətdiyi terror aktlarına dünya ictimaiyyəti tərəfindən qiymət verilməlidir”
Milli Məclisin Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Soltan Məmmədov Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun üzvü Jean-Luc Reitzer arasında videokonfrans formatında görüş olub. “Olaylar”ın məlumatına görə, deputat fransalı həmkarına Ermənistanın son hərbi təxribatları barədə məlumat verib. S.Məmmədov bildirib ki, Ermənistan məqsədli şəkildə dinc əhalini hədəf alır, hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda yerləşən yaşayış məntəqələrinə raket və artilleriya zərbələri endirir. Nəticədə dinc insanlar, o cümlədən qadın və uşaqlar həlak olur. O, Ermənistanın dinc sakinlərə qarşı törətdiyi terror aktlarına dünya ictimaiyyəti tərəfindən qiymət verilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa baş verənlərə laqeyd qalmamalı, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasına etirazını bildirməlidir.








