"Vovan və Leksus" ATƏT-in Baş katibini aldatdı: Erməni Kilsəsinə qarşı gizli plan ifşa olundu – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyanın "Birinci Kanal"ının reportajına görə, ATƏT-in Baş katibi Feridun Sinirlioğlu rusiyalı məşhur pranksterlər "Vovan və Leksus"un tələsinə düşərək Ermənistan Baş naziri Nikol Paşinyanla danışdığını zənn edib və səmimi etiraflar edib. Danışıq zamanı saxta "Paşinyan" Qərbin dəstəyi ilə Erməni Həvari Kilsəsinə qarşı təqiblər aparıldığını, din xadimlərinin həbs edildiyini bildirərək, Baş Katolikosu kənarlaşdırmaq və dini rəhbərliyi dəyişmək üçün ATƏT-dən dəstək istəyib, Sinirlioğlu isə cavabında bunun üçün əlindən gələni edəcəyini və məsələ ilə şəxsən məşğul olacağını vəd edib. 

Rusiya Xarici Kəşfiyyat Xidmətinin daha əvvəl yaydığı məlumatda isə Brüsselin son məqsədinin Ermənistan ilə Rusiya arasındakı çoxəsrlik mənəvi bağları tamamilə qoparmaq olduğu və ATƏT rəhbərliyinin də kilsə rəhbərinin əvəzlənməsi prosesinə kömək etməyə hazır olduğu qeyd edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31