ABŞ şirkətləri dövlət dəstəyinə rəğmən nadir metalları Asiyaya satır – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Financial Times" nəşrinin mənbələrinə istinadən yaydığı məlumata görə, Ağ Evin ABŞ daxilində müstəqil tədarük zənciri qurmaq cəhdlərinə baxmayaraq, milyardlarla dollar dövlət dəstəyi alan Amerika şirkətləri nadir torpaq metallarını Yaponiya və Cənubi Koreyaya satırlar. Ekspertlər bunu ABŞ-də sözügedən materiallara tələbatın hələ formalaşmaması, Asiyada isə maqnit istehsalının miqyasının və tələbin qat-qat yüksək olması ilə izah edirlər. Çinin 2026-cı ildə ixracı kəskin azaltması fonunda Asiya firmaları bu məhsulları almağa böyük maraq göstərir. Məsələn, MKİ tərəfindən maliyyələşdirilən "Phoenix Tailings" və iyunda 725 milyon dollar dövlət vəsaiti əldə edən "Energy Fuels" şirkətləri yaxın gələcəkdə istehsalı artıraraq məhsullarını ilk növbədə daha tez və böyük pullar ödəyən Cənubi Koreya və Yaponiya bazarlarına yönəldəcəklərini bəyan ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31