Gündəm

Bəhruz Quliyev: “Paşinyan bu addımları ilə danışıqlar prosesinin mənasızlığını o

23 Oktyabr 2020 13:10

“Bu gün biz Ermənistanın baş naziri Nikol Paşinyanın hər hansı cəhdlərini müşahidə edərkən, həmin cəhdlərində sülhə, yaxud danışıqlar prosesinə dair fikirlərinə dair heç nə görə bilmirik və bundan təəccüb etməyə də dəyməz”. Sözügedən fikirləri Olaylar.az -a “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin Yaponiyanın nüfuzlu “Nikkei” nəşrinə verdiyi müsahibəsində irəli sürdüyü fikirlərini şərh edərkən deyib.

Meteohəssas insanlar diqqətli olsunlar

23 Oktyabr 2020 13:08

Milli Hidrometeorologiya Xidmətinin Olaylar.az-a verdiyi məlumata görə oktyabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Deputat: “Tezliklə yeni xoş xəbərlər alacağıq”

23 Oktyabr 2020 12:40

“Müdafiə Nazirliyinin məlumatına görə, rəşadətli Ordumuz düşmənin bir neçə dayaq məntəqəsi dağıdıb, vacib ərazi və yüksəklikləri işğaldan azad edib. İntensiv döyüşlərin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində getdiyini nəzərə alsaq, bu o deməkdir ki, yaxın zamanda həmin ərazilərdən yeni xoş xəbərləri alacağıq”.

Baş Prokurorluq: “Ermənistan 63 mülki şəxsimizi qətlə yetirib”

23 Oktyabr 2020 12:37

Ermənistan silahlı qüvvələri tərəfindən əhalinin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində baş vermis itkilərlə bağlı son məlumat açıqlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə bu saatadək: Həlak olmuş şəxslərin sayı - 63

Azərbaycan ordusunun qələbə salnaməsi

23 Oktyabr 2020 12:31

“Azərbaycan ordusunun qələbə xəbərləri davam edir. 20 Oktyabr tarixində Zəngilan şəhəri və 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib. O, cümlədən : Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri; Cəbrayıl rayonunun Sarafşa, Həsənqaydı, Füğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə,Yarəhmədli kəndləri; Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Vəng, kəndləri; Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri işğaldan azad olunmuşdur”.

Deput: “Ermənistan əsrlərdən bəri işğalçılıq siyasətini yerinə yetirib”

23 Oktyabr 2020 12:24

“Bu gün müstəqil Azərbaycanımız qələbə ovqatına köklənib. Rəşadətli ordumuzun qazandığı parlaq zəfərlər, Füzuli, Cəbrayıl rayonları, Xocavənd, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan su anbarı, onlarla kənd və strateji yüksəkliyin azad edilməsi xalqımızın qalibiyyət əhval-ruhiyyəsini yüksəldib”. “Olaylar” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov deyib. Deputatın sözlərinə görə, Ermənistan əsrlərdən bəri işğalçılıq siyasətini yerinə yetirib: “Biz erməni vəhşiliyini 1992-ci ilin Xocalı soyqrımında gördük. O vəhşilik və vandalizm bu gün də davam edir. Ancaq şücaətli Azərbaycan ordusu düşmənə cavabını döyüş meydanında verir. Aciz Ermənistan hakimiyyəti isə mülki insanları və obyektləri hədəf alır”.

Atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil

23 Oktyabr 2020 12:21

İlham Əliyev: “Əgər bizə hücum olunursa, biz nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik” 1994-cü il mayın 8-də Ermənistan və Azərbaycan arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış “Bişkek protokolu” mayın 12-də qüvvəyə minib və həmin gün cəbhə xəttində aktiv hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılıb. Lakin imzalanmış sənədin mürəkkəbi qurumamış təcavüzkar Erməistan dövləti üzərinə götürdüyü öhdəliyə xilaf çıxaraq atəşkəs rejimini pozmaqda davam edib. Artıq 36 ildir ki, Ermənistan demək olar ki, hər gün məqsədli şəkildə atəşkəs rejimini pozmaqda davam edir. Xüsusən, Azərbaycanın beynəlxalq imizicinin artığı, qlobal beynəlxalq münaqişələrin həllində söz sahibinə çevrldiyi son vaxtlarda Ermənistan atəşkəs rejimimin pozulmasını daha da intensivləşdirib.

Arazboyu dəmir yolu xətti bütövlüklə Azərbaycanın nəzarəti altına alınıb

23 Oktyabr 2020 12:11

Qəhrəman Ordumuzun Bartaz və Ağbənd stansiyalarını erməni işğalından azad etməsi nəticəsində Arazboyu dəmir yolu xətti bütövlüklə Azərbaycanın nəzarəti altına alınıb. “OLAYLAR” xəbər verir ki, bu barədə məlumatı “Azərbaycan Dəmir Yolları” QSC yayıb.

Polşada erməniər azərbaycanlılara atəş açdı

23 Oktyabr 2020 12:09

Polşanın Katovitse şəhərində vətənpərvər azərbaycanlı gənclərin təşəbbüsü ilə Teatr binasının qarşısında erməni təcavüzünü və Gəncə terrorunu pisləyən icazəli aksiya keçirilib. “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, aksiyada soydaşmızla yanaşı milliyətcə polyak olan şəhər sakinləri də iştirak edib və erməni terroruna yox deyiblər.

“Azərsu” “Əsgərə məktub” layihəsinə qoşuldu

23 Oktyabr 2020 11:51

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin kollektivi ordumuzun döyüş əzminin daha da artırılması və hərbi qulluqçulara mənəvi dəstək məqsədilə “ASAN Könüllüləri” Təşkilatının keçirdiyi “Əsgərə məktub” layihəsinə qoşulub. “Qarabağda zəfər çalır ordumuz, su çilərik, cana gələr yurdumuz!” devizi altında yazılan əsgər məktublarında Azərbaycan ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı döyüşlərdən fəxrlə bəhs edilib. Qeyd olunub ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə qazandığı zəfərlər böyük ruh yüksəkliyi ilə qarşılanır. Ərazilərimizin işğaldan azad edilməsi barədə cəbhədən gələn xoş xəbərlər qələbə gününün uzaqda olmadığından xəbər verir.

Ramin Quluzadə: “Erməni təxribatları bütün regionda İKT-nin inkişafına əngəl törədir”

23 Oktyabr 2020 11:50

Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Vyetnamın birgə təşkilatçılığı ilə “ITU Virtual Digital World 2020” beynəlxalq tədbiri çərçivəsində nazirlər səviyyəsində “dəyirmi masa” keçirilib. “OLAYLAR” -a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, BTİ-yə üzv olan çoxsaylı ölkənin İKT üzrə rəsmilərinin qatıldığı videotədbir “COVID-19” pandemiyası zamanı və sonrakı dövrdə rəqəmsal texnologiyaların rolu mövzusunu ehtiva edib.

Ordumuz tarix yazmağa davam edir

23 Oktyabr 2020 11:24

“Azərbaycan Ordusu Ermənistanın hərbi qoşunlarını məğlubiyyətə uğratmaqda davam edir. Eyni zamanda, Ali Baş Komandan İlham Əliyev işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində hərbi, siyasi mövqeyimizi beynəlxalq ictimaiyyətə çatdırmaqda davam etdirir. 20 oktyabrda Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə verdiyi müsahibədə düşmənin hələ də bədniyyətli planlarından əl çəkmədiyini, sülh yolu ilə torpaqların qaytarılmasını istəməməsini və öz vətəndaşlarını, əsgərlərini müharibəyə cəlb etməsini bildirmişdir”.

"Qarabağın məşhur müəllimləri" - Süleyman Sani Axundov

23 Oktyabr 2020 11:20

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması Süleyman Sani Axundovdur. Olaylar.az bildirir ki, Süleyman Sani Axundov keçən əsrin əvvəllərində Azərbaycan xalqının mədəni inkişafında müstəsna rolu olan şəxslərdən biri, görkəmli yazıçı, nasir və maarif xadimi olub. O, 3 oktyabr 1875-ci ildə Şuşa şəhərində anadan olub. 1885-1894-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Təhsilini bitirdikdən sonra III dərəcəli rus-tatar məktəbinə müəllim təyin edilib. Ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olub.

Budapeşt şəhərində Gəncə terroruna etiraz aksiyası keçirilib

23 Oktyabr 2020 11:06

Macarstanda yaşayan soydaşlarımız Ermənistanın hərbi təxribatına etiraz etmək və Azərbaycan həqiqətlərini Macarıstan ictimaiyyətinə çatdırmaq məqsədi ilə Budapeşt şəhərinin mərkəzində yerləşən “Szent İstvan Basilica” kilsəsinin qarşısında icazəli aksiya keçirib. Macarıstan-Azərbaycan Gənclər Birliyinin və Budapeştdəki Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan aksiyada Azərbaycan diasporunun və türkdilli icmaların üzvləri, bu ölkədə təhsil alan gənclərimiz və yerli sakinlər iştirak ediblər.

Azərbaycanlı jurnalist İordaniya mətbuatında erməni terrorundan yazdı

23 Oktyabr 2020 11:06

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, tanınmış jurnalist Cavid Şahverdiyev İordaniyanın Nayrouz.com saytında son günlərdə Ermənistanın Azərbaycanın müxtəlif şəhərlərində mülki əhaliyə qarşı terror və faşizm siyasətindən, həmçinin Azərbaycan Ordusunun zəfərlərindən yazıb. “OLAYLAR”-ın xəbərinə görə, C.Şahverdiyev qeyd edib ki, Beynəlxalq Humanitar Hüquq, bu hüququn əsas sənədləri olan 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları və onlara 1977 və 2005-ci illərdə əlavə edilmiş üç protokol, BMT Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli qətnaməsi, eləcə də digər beynəlxalq konvensiyalar müharibə zamanı mülki əhaliyə hücumu qadağan edir.