Atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil

İlham Əliyev: “Əgər bizə hücum olunursa, biz nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik” 1994-cü il mayın 8-də Ermənistan və Azərbaycan arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış “Bişkek protokolu” mayın 12-də qüvvəyə minib və həmin gün cəbhə xəttində aktiv hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılıb. Lakin imzalanmış sənədin mürəkkəbi qurumamış təcavüzkar Erməistan dövləti üzərinə götürdüyü öhdəliyə xilaf çıxaraq atəşkəs rejimini pozmaqda davam edib. Artıq 36 ildir ki, Ermənistan demək olar ki, hər gün məqsədli şəkildə atəşkəs rejimini pozmaqda davam edir. Xüsusən, Azərbaycanın beynəlxalq imizicinin artığı, qlobal beynəlxalq münaqişələrin həllində söz sahibinə çevrldiyi son vaxtlarda Ermənistan atəşkəs rejimimin pozulmasını daha da intensivləşdirib.

İlham Əliyev: "Əgər bizə hücum olunursa, biz nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik"

1994-cü il mayın 8-də Ermənistan və Azərbaycan arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış "Bişkek protokolu" mayın 12-də qüvvəyə minib və həmin gün cəbhə xəttində aktiv hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılıb. Lakin imzalanmış sənədin mürəkkəbi qurumamış təcavüzkar Erməistan dövləti üzərinə götürdüyü öhdəliyə xilaf çıxaraq atəşkəs rejimini pozmaqda davam edib. Artıq 36 ildir ki, Ermənistan demək olar ki, hər gün məqsədli şəkildə atəşkəs rejimini pozmaqda davam edir. Xüsusən, Azərbaycanın beynəlxalq imizicinin artığı, qlobal beynəlxalq münaqişələrin  həllində söz sahibinə çevrldiyi son vaxtlarda Ermənistan atəşkəs rejimimin pozulmasını daha da intensivləşdirib. Ölkəmizdə keçirilən istənilən beynəlxalq əhəmiyyətli tədbirlər ərəfəsində belə hallar daha qabarıq müşahidə olunur. Ermənistanın Azərbaycanın Tərtər şəhərində törətdiyi hərbi təxribatının qarşısını amaq məqsədilə əks hücuma keçən Silahlı Qüvvələrimizin əldə etdiyi uğurlar yenidən işğalçı dövləti yenidən atəşkəs razılaşmasına məcbur etdi. Beləliklə 10 oktyabr 2020-ci il tarixindən etibarən tərəflər arasında "humanitar atəşkəs" elan olundu. Xatırladaq ki, bu humanitar xarakterli atəşkəsdir və ölmüş hərçilərin, əsir və girovların dəyişdirilməsi məqsədi daşıyır. Buna baxmayaraq öz əsir və girovlarına sahib çıxmaq istəyində olmayan Ermənistan tərəfi yenə də atəşkəs rejimini pozaraq dinc əhalimizi raket atəşinə tutdu. Birmənalı şəkildə demək olar ki, Ermənistan tərəfinin humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq  Azərbaycanın mülki əhalisini atəşə tutması, o cümlədən Gəncə və Mingəçevir şəhərlərinə raket zərbələri endirməsi düşmənin faşizm xislətini və cinayətkar mahiyətini bir daha ortaya qoyur.

Elə Azərbaycan Prezidenti, Ali Baş Komandan Yaponiyanın "Nikkei" qəzetinə verdiyi müsahibədə də qeyd edib ki, Ermənistan tərəfi , atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra onlar atəşkəsi pozdu: "Atəşkəsə nail olmaq üçün ikinci cəhd ona görə uğursuz oldu ki, atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra onlar atəşkəsi pozdular, onlar yenə də bizim dinc şəhərlərimizə hücum etdilər. Bu səhər saat 6-dan 8-ə qədər onlar dinc əhalinin yaşadığı və ən çox ziyan görən Tərtər şəhərinə 100-dən çox raket atıblar. Onlar bizim hərbi mövqelərimizə hücum edirlər. Onlar artıq azad edilmiş əraziləri yenidən geri götürmək istəyirdilər. Bildiyiniz kimi, birinci atəşkəs cəhdindən sonra 24 saatdan az müddətdə onlar Ermənistan ərazisindən ballistik raketlə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə hücum etdilər. Bu da hərbi cinayətdir və Ermənistan hökuməti buna görə məsuliyyət daşıyacaq. Beləliklə, onlar atəşkəsi pozublar. Mən həmişə demişəm ki, atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əgər bizə hücum olunursa, biz nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik. Sizə deyə bilərəm ki, onlar ikinci dəfə atəşkəsi pozandan sonra biz Zəngilan şəhərini və bir çox kəndləri azad etdik. Beləliklə döyüş meydanında nə qədər çox vaxt keçirsə, biz bir o qədər də əraziləri azad edirik. Ona görə Ermənistan hökuməti öz davranışı haqqında ciddi düşünməlidir və əgər atəşkəsin səmərəli olmasını istəyirsə, birincisi, atəşkəsi pozmamaq, ikincisi, artıq işğaldan azad edilmiş əraziləri geri götürməyə cəhd etməmək və işğal olunmuş Azərbaycan ərazilərinin boşaldılması üçün üzərinə ciddi öhdəlik götürməlidir".

Dövlət başçısınını açıqlamasından məlum olur ki, işğalçı Ermənistan bu cinayət əməlləri ilə bir daha təsdiq etdi ki, onun üçün heç bir beynəlxalq hüququn norma və prinsipləri əsas deyil və buna əməl etmək niyyəti də yoxdur. Odur ki, bütün dünya ictimaiyyəti bir daha əyani şəkildə görməlidir ki, kriminal Ermənistan rəhbərliyi sülh istəmir, münaqişənin danışqlar yolu ilə həll edilməsinə tərəfdar deyil. Bu hadisələr bir daha təsdiq edir ki,  dövlət siyasətinin əsas mahiyyətini terrorizm təşkil edən  Ermənistan region üçün böyük təhlükədir. Danışıqalar və atəşkəs üçün  yalvaran Ermənistan  yenə də silahı dinc əhaliyə, müki və  strateji obyektlərə istiqamətləndirib. Əlbəttə ki, Azərbaycan düşmənin bu təcavüzkar əməllərini cavabsız qoymayacaq,  onun bu  insanlığa yaraşmayan  hərəkətləri  onun üçün ağır nəticələrə gətirib çıxaracaq. Nəzərə almaq lazımdır ki, atəşkəsə nail olmaq üçün edilən cəhdlərin uğursuzluğu Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə, mülki əhaliyə, hərbi mövqelərinə hücumlarının dayandırılmaması ilə bağlı olub. Bununla kifayətlənməyən işğalçı dövlət işğaldan azad edilmiş əraziləri yenidən geri götürmək istəyir, Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətlər törədir, şəhərləri ballistik raketlərlə atəşə tutur. Belə halda hansı atəşkəsdən söhbət gedə bilər. Çox təəssüf ki, beynəlxalq ictimaiyyət anlamaq istəmir ki, atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əgər Azərbaycana hücum olunursa, onun həm özünü müdafiə etmək, həm də əks-hücuma keçmək hüququ var. Humanitar atəşkəslə bağlı əldə olunmuş razılaşmalar isə Ermənistan tərəfindən pozulub. Ermənistan bu məqamdan öz maraqları üçün istifadə etməyə çalışıb və layiqli cavabını alıb. Konkret halda isə Ermənistanın baş naziri N.Paşinyan zorakılığa və dinc əhaliyə qarşı hərbi cinayətlərin törədilməsinə görə şəxsən məsuliyyət daşıyır.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31