Ordumuz tarix yazmağa davam edir
“Azərbaycan Ordusu Ermənistanın hərbi qoşunlarını məğlubiyyətə uğratmaqda davam edir. Eyni zamanda, Ali Baş Komandan İlham Əliyev işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində hərbi, siyasi mövqeyimizi beynəlxalq ictimaiyyətə çatdırmaqda davam etdirir. 20 oktyabrda Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə verdiyi müsahibədə düşmənin hələ də bədniyyətli planlarından əl çəkmədiyini, sülh yolu ilə torpaqların qaytarılmasını istəməməsini və öz vətəndaşlarını, əsgərlərini müharibəyə cəlb etməsini bildirmişdir”.
23 Oktyabr 2020 11:24 Siyasət"Azərbaycan Ordusu Ermənistanın hərbi qoşunlarını məğlubiyyətə uğratmaqda davam edir. Eyni zamanda, Ali Baş Komandan İlham Əliyev işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində hərbi, siyasi mövqeyimizi beynəlxalq ictimaiyyətə çatdırmaqda davam etdirir. 20 oktyabrda Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə verdiyi müsahibədə düşmənin hələ də bədniyyətli planlarından əl çəkmədiyini, sülh yolu ilə torpaqların qaytarılmasını istəməməsini və öz vətəndaşlarını, əsgərlərini müharibəyə cəlb etməsini bildirmişdir".
Bunu "Olaylar"a deyən Nəsimi RİH könüllüsü Zidan Həsənlinin sözlərinə görə, Ermənistan üzərinə düşən beynəlxalq qətnamələri, qanunları pozaraq işğalçı siyasətini davam etdirir. Düşmən tərəfi Moskvada qəbul olunmuş humanitar atəş rejimini qısa müddət ərzində pozaraq beynəlxalq qərarlara necə məsuliyyətsiz yanaşdığını bir daha göstərdi. Xüsusilə Ermənistanın döyüş bölgəsindən uzaqda yerləşən Gəncə şəhərinə 2 dəfə raket atəşinə məruz qoyması və mülki insanların qəsdən öldürülməsi düşmənin faşistliyini bir daha hər kəsə gostərdi. Lakin, düşməndən fərqli olaraq biz danışıqlar prosesinə, sülh prosesinə sadiqliyimizi bir daha sübut etdik".
Onun sözlərinə görə, baxmayaraq ki, biz döyüş meydanında öz gücümüzü layiqli şəkildə göstəririk, ancaq sülh yolu bizim üçün əsas prioritetlərdəndir: "Azərbaycan ordusu status-kvonu dəyişdirdi və artıq şərtləri bizim təyin etdiyimizi hər kəsə göstərdik. Azərbaycan ordusunun heç bir xarici hərbi ordu dəstəyinə ehtiyacı olmamışdır. Azərbaycan ordusunda yalnız Azərbaycan vətəndaşı olan əsgərlər xidmət göstərir lakin, bu həqiqətləri təkzib edən Ermənistan, Rusiya və Fransa heç bir fakt göstərə bilməyərək əsassız iddialar irəli sürmüşdür. Şanlı ordumuz döyüş meydanında düşmənə sarsıdıcı zərbələr endirməyə davam edir. Beləliklə, çox sayda düşmənin hərbi texnikaları, canlı qüvvəsi ordumuz tərəfindən məhv edilir və yaxud qənimət olaraq ələ keçirilir. Düşmənin bu qədər hərbi texnikalara sahib olması hər kəsdə müəyyən şübhələr doğurur və xarici ölkələrdən Ermənistana hərbi yardımların olunmasını təsdiqləyir. Xüsusilə də qonşu ölkələrin Ermənistanla sərhədi bağlaması nəticəsində artıq düşmən qaçaqmalçılıq yolu ilə hərbi vasitələrin daşınmasını həyata keçirir. Məlum olduğu kimi Paşinyanın ölkəni idarə etməsindən sonra bu münaqişənin diplomatik yolla həllinə son qoyuldu və ölkəsini dərin uçuruma aparmağa başladı. Odur ki, Vətən torpaqlarımızın işğalçılardan təmizlənməsi uğrunda mübarizəmidə bizi heç kəs dayandıra bilməyəcək".