Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır- ÖZƏL

"Bu gün ölkə mətbuatında müzakirə edilən əsas məsələlərdən biri Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iyulun 1-də ölkəmizə reallaşdırdığı işgüzar səfərdir. Cənab İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə keçirdiyi təkbətək və geniş tərkibdə görüşlərdə, mətbuata bəyanatlarında bir daha vurğulandı ki, Azərbaycan bu gün Avropa İttifaqının strateji tərəfdaşıdır. Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər möhkəm təməllər üzərində inkişaf edir. Qonaq Prezident İlham Əliyevin sülh gündəliyinin təşəbbüskarı rolunda çıxış etməsinin və bu xüsusda göstərdiyi liderliyin yüksək qiymətləndirildiyini vurğuladı". "Olaylar" xəbər verir ki, bunu YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov deyib:

"Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, dayanıqlı sülhün təmin olunması, ikitərəfli ticarət münasibətlərinin başlanması, həmçinin Azərbaycandan Ermənistana neft və neft məhsullarının ixracı, üçüncü ölkələrdən Ermənistana ixrac olunan məhsulların Azərbaycan ərazisindən tranzit keçidi müsbət dəyərləndirildi. Ursula Fon der Lyayen bildirdi ki, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə hərtərəfli dəstək göstərməyə hazırdır. Söhbət zamanı Mərkəzi Asiya ilə Avropa arasında regional bağlantılarda Azərbaycanın vacib rolu qeyd olundu, ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı.
Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini daha da möhkəmləndirir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin hazırkı səfəri zamanı daha geniş məsələlər müzakirə olundu. Bu, Avropa İttifaqının Azərbaycanı sadəcə enerji ixracatçısı kimi deyil, həm də Avropa ilə Mərkəzi Asiya arasında uzunmüddətli strategiyanın həyata keçirilməsində əsas tərəfdaş kimi dəyərləndirdiyini təsdiqləyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31