Gündəm

Prezident İlham Əliyev qlobal informasiya məkanında ölkəmizin mövqeyini qətiyyətlə müdafiə edir

23 Oktyabr 2020 11:06

“Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycanın hərtərəfli və sürətli inkişaf dövrüdür. Prezident İlham Əliyev həqiqi liderdir. Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi nəticəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu Azərbaycan Respublikasının beynəlxalq aləmdə gücünü və nüfuzunu artırır”.

BƏƏ-dəki Azərbaycan icması – "Mən Qarabağam!" dedi

23 Oktyabr 2020 11:06

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının “Qarabağ Azərbaycandır!” şüarına dəstək olaraq BƏƏ-də yaşayan azərbaycanlılar “Mən Qarabağam! Vətən, biz səninləyik” adlı video-çarx hazırlayıblar. Bu barədə “OLAYLAR”-a məlumat verən Əbu-Dabi Universitetinin müəllimi Şəhrizad Süleyman deyib ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) müxtəlif əmirliklərində, Abu-Dabi, Dubay, Şarja, Ajman, Ras əl-Xeyma və digər şəhərlərdə yaşayan azərbaycanlıların iştirakı ilə çəkilən video-çarxda soydaşlarımız Vətəndən uzadqa yaşamalarına baxmayaraq, Vətənə dəstək və məhəbbətlərini ifadə ediblər.

Deputat onlayn qəbul keçirib

23 Oktyabr 2020 10:35

COVİD-19 pandemiyası ilə əlaqədar sərtləşdirilmiş karantin dövründə deputat Novruz Aslanov seçiciləri ilə onlayn formatda qəbullar keçirir. İsmayıllı rayon sakinləri ilə növbəti belə qəbul keçirilib.

Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

23 Oktyabr 2020 10:33

Son günlərdə COVID-19-a yoluxanlarının sayının artması nəzərə alınaraq oktyabr ayının 24 və 25-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Azərbaycanın bitki örtüyünün 42 faizi, meşə sahəsinin isə 25 faizi işğal olunmuş ərazilərdə yerləşir

23 Oktyabr 2020 10:09

Təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə həyata keçirilən kortəbii istismar nəticəsində bölgənin təbii sərvətlərinə, ətraf mühitinə, biomüxtəlifliyinə külli miqdarda zərər dəyib, qiymətli ağac və kol növləri ilə zəngin meşələrimiz məqsədli şəkildə məhv edilib. Bunu Olaylar.az-a Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

Nazir YUNESKO Qlobal Təhsil Görüşünün növbədənkənar sessiyasında Ermənistanın ölkəmizə təcavüzündən danışdı

23 Oktyabr 2020 10:06

Təhsil naziri Emin Əmrullayev YUNESKO tərəfindən virtual formatda təşkil olunmuş Qlobal Təhsil Görüşünün növbədənkənar sessiyasında iştirak edib. Olaylar.az bildirir ki, COVID-19 pandemiyasının təhsil sahəsinə təsiri mövzusuna həsr olunan tədbirdə YUNESKO-nun baş direktoru Odri Azulay, BMT-nin Baş katibi Antonio Qutyereş, bir sıra ölkələrin dövlət və hökumət başçıları, Təhsil nazirləri iştirak edib.

"Dərs vaxtı" tətil günlərində

22 Oktyabr 2020 16:29

"Dərs vaxtı" tətil günlərində də davam edir. Olaylar.az bildirir ki, bu günlərdə yayımlanan dərslər həm ötən il, həm də bu il öyrənilən biliklərin möhkəmləndirilməsinə və genişləndirməsinə xidmət edir. Məsələ həlli, tapşırıqların yerinə yetirilmə alqoritmi, mətn təhlili, qapalı test tapşırıqlarının analizi və s. bu kimi faydalı izahlarla tətildə də akademik öyrənmə dəstəklənir.

Vüqar Rəhimzadə: Azərbaycan Ordusu BMT TŞ tərəfindən qəbul olunmuş qətnamələrin icrasını təmin edir

22 Oktyabr 2020 16:19

“BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsinə dair qətnamələri 27 ildir kağız üzərində qalıb. Ötən müddət ərzində nümayişkaranə sürətdə bu qətnamələrə məhəl qoymayan işğalçı Ermənistan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri başda olmaqla BMT və beynəlxalq ictimaiyyət tərəfindən heç bir təzyiq göstərilmədi. Bu günə qədər dünya birliyi təcavüzkarla təcavüzə məruz qalana eyni prinsiplər əsasında yanaşdığına, hətta əksər hallarda işğalçıya dəstək olduğuna görə Ermənistan beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrini ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxarmadı, əksinə, işğalı möhkəmləndirmək və torpaqlarımızı ilhaq etmək xəttini tutdu. Bu münasibətdən ruhlanan Ermənistanın bugünkü Paşinyan rejimi o qədər həyasızlaşmışdı ki, “Qarabağ Ermənistandır” deyirdi, hətta yeni ərazilərin işğal edilməsi üçün müharibəyə hazırlaşırdı”.

Peşə təhsili üzrə teledərslərin 23 oktyabr cədvəli

22 Oktyabr 2020 15:05

Olaylar.az Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 23 oktyabr tarixi üçün cədvəlini təqdim edir. Dərslər saat 18:10-da yayımlanacaq.

Bakı Dövlət Universitetinin rektoru xarici ölkə universitetlərinə müraciət ünvanladı

22 Oktyabr 2020 15:01

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev bu ali təhsil müəssisəsinin əməkdaşlıq etdiyi xarici ölkə universitetlərinin rektorlarına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məktub ünvanlayıb. Məktubun məqsədi dünya universitetlərinin diqqətini Azərbaycanda gedən Vətən müharibəsinə yönəltməkdir. Olaylar.az məktubu olduğu kimi təqdim edir:

Oleq Krapiv Azərbaycan ordusuna 20 min dollar yardım etdi

22 Oktyabr 2020 15:00

Azərbaycan yığmasının sabiq güləşçisi, SSRİ-nin əməkdar məşqçisi, uzun müddət Ukraynada yaşayan və Kiyev Azərbaycanlıları Konqresinə rəhbərlik edən veteranlar arasında dünya çempionu Oleq Krapiv Azərbaycan Silahlı Qüvvələrinə dəstək olub.

Azərbaycanın İtaliyadakı səfiri Paşinyana: “Əgər razı deyilsənsə oyuncaq rejim üçün Ermənistanda ərazi ayır

22 Oktyabr 2020 14:56

Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliyanın “Corriere della Sera” və “La Repubblica” qəzetlərinə, erməni katolikosu II Qareginin isə “La Repubblica” qəzetinə müsahibələrindəki sayıqlamalarına cavab olaraq Azərbaycanın İtaliyadakı səfiri həmin qəzetlərin redaksiyalarına məktublar göndərib. Səfirin məktubu hissəli şəkildə “Corriere della Sera” qəzetində dərc olunub. Eləcə də, Azərbaycan diplomatının aidiyyəti qəzetlərin redaksiyalarına məktubları Səfirliyin sosial şəbəkə profillərində yerləşdirildikdən sonra İtaliyanın “Politicamente Corretto” və “Agenzia Nova” kimi mətbuat orqanlarının da marağına səbəb olub və onlar tərəfindən tam şəklidə dərc olunub.

“Əsgərə məktub” layihəsi Türkiyə və Rusiya mediasının diqqət mərkəzində

22 Oktyabr 2020 14:53

Azərbaycan Silahlı Qüvvələrinin ərazi bütövlüyü uğrunda apardığı mübarizə və ölkəmizin haqq işi beynəlxalq ictimaiyyətin də diqqət mərkəzindədir. Olaylar.az bildirir ki, Türkiyənin “Haber Global”, “CNN Türk”, “A Haber”, həmçinin Rusiyanın “Pervıy Kanal”, “NTV”, “Rossiya-1” və “Rossiya-24” telekanalları “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsini əks etdirən xüsusi reportajlar hazırlayıb.

Prezident İlham Əliyev: Bir çox ölkələrin mətbuatı birtərəfli qaydada Ermənistanın tərəfini tutur

22 Oktyabr 2020 12:35

Bir çox ölkələrin mətbuatı birtərəfli qaydada Ermənistanın tərəfini tutur.

"Qarabağın məşhur müəllimləri" - Həmidə xanım Cavanşir

22 Oktyabr 2020 12:26

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması Həmidə xanım Cavanşir-Məmmədquluzadədir. Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1873-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı Əhməd bəyin ocağında dünyaya gəlib. Azərbaycanın ilk maarifçi qadınlarındandır. Cəlil Məmmədquluzadənin həyat yoldaşı olub.