Gündəm
Milli Məclisdə işğaldan azad edilmiş Vəng kəndinin Çinarlı kəndi adlandırılması müzakirə ediləcək
Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçiriləcək.
“Facebook” da YENİLİK - Avropada tanışlıq üçün servis istifadəyə vedi
Eyniadlı sosial şəbəkənin məxsus olduğu “Facebook” şirkəti Avropanın 32 ölkəsində “Dating” tanışlıq servisini istifadəyə verib. Bu barədə şirkətin yaydığı bəyanatda deyilir. Olaylar.az xarici mediyaya istinadən bildirir ki, bəyanatda deyilir: “Bu gün biz Avropada çoxsaylı insana ümumi maraqlar, tədbirlər və qruplar vasitəsilə vacib əlaqələr yaratmasına kömək üçün “Facebook Dating” servisini istifadəyə veririk”. Şirkət nümayəndələrinin sözlərinə görə, tanışlıq üçün platformadan Avstriya, Belçika, Bolqarıstan, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Xorvatiya, Macarıstan, İrlandiya, İtaliya və digər Avropa dövlətlərində istifadə mümkün olacaq.
"Dərs vaxtı"nın 22 oktyabr cədvəli
Olaylar.az "Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı" proqramının 22 oktyabr tarixi üçün nəzərdə tutulan cədvəlini təqdim edir. Əziz şagirdlər, noyabrın 2-dək “Dərs vaxtı”nın buraxılışları tətil günlərinin rejiminə uyğun efirə gedəcək. Həm ötən il, həm də bu il öyrəndiklərinizi möhkəmləndirməyə və genişləndirməyə xidmət edən məşğələlərimiz planlaşdırılır. Məsələ həlli, tapşırıqların yerinə yetirilmə alqoritmi, mətn təhlili, qapalı test tapşırıqlarının analizi və s. bu kimi faydalı izahlarla tətildə də akademik öyrənməni dəstəkləyəcəyik.
İtaliya mətbuatında azərbaycanlı diplomatlara qarşı terror təhdidlərindən bəhs edildi
taliyanın İtaliyanın “Giornale Diplomatico”, “KmetroO”, “Politicamente Corretto” xəbər saytları və “Agenzia Nova” informasiya agentliyi “Ermənistan tərəfindən azərbaycanlı diplomatlara qarşı terror təhdidləri” başlığı altında son günlər sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə diplomatlarına qarşı həyati təhlükə xarakterli çağırışların yayılmasına dair məlumatlar dərc edib.
Azərbaycan Ermənistanı güzəştə məcbur etmək üçün vacib olan hücum və müdafiə sistemlərinə malikdir
Dünya ölkələrinin enerji siyasəti ilə bağlı tədqiqatlar aparan “Sənaye və Energetika üzrə Tədqiqatlar” cəmiyyətinin “RiEnergia” internet portalında Venesiyanın “Ka Foskari” universitetinin tədqiqatçısı professor Karlo Frappinin müəllifi olduğu “Dağlıq Qarabağ münaqişəsi və enerjinin çəkisi” adlı məqalə dərc olunub. Olaylar.az bildirir ki, məqalədə Azərbaycanın Avrasiya məkanının əsas karbohidrogen istehsalçılarından biri kimi SSRİ-dən müstəqillik əldə etdikdən sonra daha effektiv şəkildə enerji sektorunu inkişaf etdirməyə müvəffəq olmuş ölkə olduğu bildirilir və qeyd olunur ki, Bakı istehsala başlamaq və hazırda daha geniş Cənub Qaz Dəhlizinin ilk seqmenti olan Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi boru kəmərlərin tikintisi vasitəsilə regional (Türkiyə, Gürcüstan) və Avropa (ilk növbədə İtaliya) bazarlarına əhəmiyyətli həcmdə ixracı həyata keçirmək üçün lazımi maliyyələşmə, “know how” və diplomatik dəstəyi əldə etməyə müvəffəq olmuşdur.
Azərbaycan hazırda üstün mövqedədir və hərbi nöqteyi-nəzərindən Bakı qələbə çalmaqdadır
İtalyan tədqiqatçı: Dağlıq Qarabağ müharibəsinin xristianlar və radikal islamçılar arasındakı dini müharibə olması iddiası kosmik yalandır İtaliyanın nüfuzlu Corriere Della Sera qəzetinə bağlı məşhur EUROACTIVE portalının italyan versiyasında Roma Sapienza Universitetinin tədqiqatçısı, professor Daniel Pommier Vincellinin “Dağlıq Qarabağ: sülh zamanıdır?” başlıqlı məqaləsi dərc olunub.
"Dərs vaxtı"nın 21 oktyabr cədvəli
Olaylar.az "Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının oktyabrın 21-i üçün nəzərdə tutulan cədvəlini təqdim edir.
Zəngilan rayonunun təhsil statistikası açıqlandı
Təhsil Nazirliyi Zəngilan rayonunun təhsil statistikasını açıqlayıb. Nazirlikdən Olaylar.az-a verilən məlumata görə, 1992-1993-cü tədris ili üçün ümumi Zəngilan məktəblərinin sayı 67 olub. Həmin məktəblər üzrə 946 müəllim çalışıb. Şagirdlərin sayı isə 5948 nəfər təşkil edib.
Azərbaycanda 331 nəfər COVID-19-a yoluxdu, 107 nəfər sağaldı, 4 nəfər vəfat etdi
Gəncəm mənim! - Xalq yazıçısı Anar yazır
Gəncədə ölənlərin sayı 13-ə çatdı, 52 nəfər isə yaralanıb - FHN
Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini pozaraq Gəncə şəhərini yenidən raket atəşinə tutub
Qaşqaylar və onların folkloru - Əli Şamil
Azərbaycan üçün bu, azadlıq müharibəsi, Ermənistan üçün isə bu, işğalçı müharibədir
«Rusiyanın vasitəçiliyi ilə Moskvada Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşündə əldə olunan humanitar atəşkəsin ilk anından etibarən işğalçı dövlətin bu razılaşmanı kobud şəkildə pozması onun sülh danışıqlarında maraqlı olmadığını əsaslı şəkildə təsdiqlədi. Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibələri tərəflər arasında istər son təxribatlarla, istərsə də əldə olunan humanitar razılaşma ilə əlaqədar fərqli yanaşmalara, ən əsası Azərbaycanın haqlı, Ermənistanın isə həmişə olduğu kimi, yenə də yalanlarla həqiqəti ötr basdır etmək cəhdlərinə bir daha aydınlıq gətirdi.
ASAN könüllüləri beynəlxalq könüllü və gənclər təşkilatlarına müraciət ünvanlandılar
“ASAN Könüllüləri” Təşkilatı Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi son təxribatlar, o cümlədən Silhalı Qüvvələrimiz tərəfindən ərazi bütövlüyümüzün bərpa edilməsi ilə bağlı apardığı haqq işi barədə beynəlxalq könüllü və gənclər təşkilatlarına müraciət ünvanlayıb. Olaylar.az bildirir ki, sənəd BMT könüllülərinin, Avropa Komissiyasının Avropa Könüllülük Xidmətinin, Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının, Avropa Gənclər Parlamentinin, AIESEC-in, eləcə də digər beynəlxalq təşkilatlara göndərilib.
Sabah hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq
Milli Hidrometeorologiya Xidmətindən Olaylar.az-a verilən məlumata görə oktyabrın 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.














