Qaşqaylar və onların folkloru - Əli Şamil
16 Oktyabr 2020 18:32 MədəniyyətEhtimalla, "ola bilsin ki" ilə tarixi şəxsiyyətlər haqqında fikir söyləmək elmdən uzaqdır. Belə fikir və mülahizələr dolaşıqlıq yaradır. Baba sufilərdə təriqət başcısına, müridə verilən addır. Quba, Şabran, Şamaxı, İsmayıllı rayonlarında da baba filankəs adı ilə türbələr və məzarlar var. Babadağın da Baba Kuhinin adı ilə adlandırılması fakta dayanmır. Qafqaz dağ silsiləsinin güney-doğusundakı Babadağdan başqa Türk xalqlarının yaşadıqları Özbəkistan Respublikasının Surxandərə vilayətində, Surxandərya ilə Kafirniqan çayları arasında Babatau dağları, eləcə də Krımın Canköy 51 rayonunda Babatau dağı var. Anadoluda da Fəthiyə rayonunun güney doğusundakı, Dənizli ilə Muğlanın arasında, Kəmər Su Anbarının güney batısında, Qara dənizin Ereyli ilə Devrek rayonları arasında və b. bölgələrdəki dağ adlarının da Baba dağ adlandırıldığını görürük (Yeni Türk Ansiklopedisi, 1985:288, I cild). Arxeoloq F.İbrahimov 1990-1993-cü illərdə Qız qalasının yanında qazıntı apararkən orada tikinti qalıqlarına rast gəlmiş, 1998-ci ildə işini davam etdirəndə isə iki otağın salamat qalmış divarları ortaya çıxmışdır. Böyük otağın döşəməsində qazıntı aparılarkən batı tərəfdəki divarın güney-batısında tağ formalı taxça içərisində yerləşmiş mehrab aşkar etmişdir. Mehrabın üstündəki Ərəb əlifbasının kufi xəttilə yazılmış mətni Məşədixanım Nemətova "Hakimiyyət Allaha məxsusdur" kimi oxumuşdur. Arxeoloq F.İbrahimova görə, aşkara çıxardığı bina qalığı məscid olmuşdur. O ehtimal edir ki, 11-ci yüzildə tikilmiş bu məscid Baba Kuhi Bakuvinin məscididir.(https://az.wikipedia.org/wiki/Baba_Kuhi_Bakuvi_məscidi) Həm tarixi mənbələrdə, həm də xalq arasında dolaşan rəvayətlərdə Bada Kuhinin təxəllüslərinə aid o qədər məlumatlar var ki, bunların hamısının bir tarixi şəxsiyyət barədə olmasının özü zaman-zaman mübahisə mövzusuna çevrilib. Sonuc Miladi 1051-ci ildə dünyasını dəyişən Baba Kuhini yaşadığı mağaranın yanında dəfn ediblər. Xəlifə Qaimin (1031-1075) zamanında demək olar ki, hakimiyyətin şəriksiz sahibi Deyləmli Buveyhilər sülaləsi olub. Bu sulalənin öndəgedənlərinin də Baba Kuhiyə sevgisi böyük olduğuna görə, qəbri üzərində türbə tikdiriblər. Sonrakı yüzilliklərdə baxımsızlıqdan türbə dağılıb. Şərqin Nizami Gəncəvi, Sədi, Hafiz, Əbdürrəhman Cami, Nəsimi, Seyid Əzim Şirvani kimi dahi sənətkarları ona şeirlər həsr etmiş, öz əsərlərində Baba Kuhini xatırlamışlar (http:// www.dunya-az.com/mobil/w2131.html). Baba Kuhinin milli mənsubiyyət məsələsinə Füzuli Bayat belə aydınlıq gətirir: "Demək lazımdır ki, indiki Türkmənistan, Əfqanıstan və İran ərazilərini əhatə edən tarixi Xorasan vilayəti erkən orta əsrlərdən ikidilli idi... Xorasan sufi məktəbi təbii ki, təkcə Türk sufizmi olaraq anlaşıla bilməz. Nişapur məktəbi və nümayəndələri Əcəm sufi qoluna daxil idilər və onun milliyətcə Türk olan sufiləri də (məsələn, Baba Kuhi, Xaraqani, Sührəverdi, Şeyx Mahmud Şəbüstəri və b.) Türk sufi şairləri, yaxud filosofları sayıla bilməz. Hətta Buxara bölgəsində yaranan nəqşibəndi təriqətinin dərvişləri də ikidilli idilər (Bayat Füzuli, 2011:87). Bizə görə, ikidillilik göstərilən şəxslərin Türk sufiləri olması gerçəkliyini ortadan qaldırmır. Şirazda Azərbaycandan gedənlər Baba Kuhi zamanında yaşadıqları kimi, sonrakı yüzillərdə də yaşamlarını davam etdirmişlər. Səfəvilər dövründə Azərbaycandan Türklərin Fars vilayətinə aparılması oradakı azərbaycanlıların sayının və nüfuzunun artmasına səbəb olmuşdur. Şirazda və ona yaxın vilayətlərdə yaşayan Qaşqayların sayının 2,5 milyondan 5 milyonadək olduğunu yazırlar. Şirazdan İsfahana gedən yolun solundakı yamacda yerləşən Baba Kuhi Bakuvi türbəsinin ətrafı beş il əvvəl yenidən abadlaşdırılmış, orada park salınmış, əsərlərindən parçalar daşlara yazılmış, ərazi turistik bölgəyə çevrilmişdir. Qaynaqlar 1. ASE (AzərbaycanSovet Enskilopediyası). (1976).Birinci cild, Bakı. 2. Aşurbəyli Sara. (1998). Bakı şəhərinin tarixi: Orta əsrlər dövrü. Bakı: Azərnəşr, 356 s. 3. Aşurbəyli Sara. (2006). Şirvanşahlar dövləti, Bakı: http:// web2.anl.az:81/read/page.php?bibid=414639&pno=182405 s. 4. Azərbaycan ədəbiyyatı tarixi. (2011). 6-cı cilddə, 4-cü cild. Bakı: "Elm", 2011. s.123 5. Azərbaycan ədəbiyyatı tarixi. 6 cilddə, 4-cü cild. Bakı: "Elm", 2011. s.124 53 6. Baba Kuhi məscidi. https://az.wikipedia.org/wiki/Baba_ Kuhi Bakuvi_məscidi mağaraya çəkildi, oradan qeyb oldu. https://sputnik.az/life/20161125/407843867/salyan-qaracala-vagam-filosof.html 7. Bakıxanov Abbasqulu Ağa. (1970). Gülüstan-i İrəm, "Elm" nəşriyatı, Bakı. 8. Bayat Füzuli. (2011). Türk təkkə (təsəvvüf) ədəbiyyatı, "Elm və təhsil" nəşriyyatı, Bakı. 9. Göyüşov Nəsib. (2001). Təsəvvüf anlamları və dərvişlik rəmzləri, Tural-Ə Nəşriyyat Poliqrafiya mərkəzi, Bakı. 10. Hacıyeva Maarifə, Rıxtım Mehmet. (2009). Folklor və təsəvvüf ədəbiyyatı sözlüyü, "Nurlan" nəşriyyatı, Bakı. 11. Kərəmov Nurəddin. (1977). Qırx il səyahətdə, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı. http://web2.anl.az:81/read/page.php?bibid=215344&pno=2 12. Məmmədli Məsiağa. Həllacın həyatı və ölümü - Baba Kuhi Bakuvi, http://artkaspi.az/az/hellacin-heyati-ve-lumu-mesiaamehemmedi/#.W4cLfpVR3IU 13. Mehrəliyev Eybalı. (2002). Babakuhi Bakuvi (Nişapuri, Şirazi) və Pirhüseyn Şirvani. "Nafta-Press" nəşriyyatı, Bakı. 14. Məmmədov Zakir. (2006). Azərbaycan fəlsəfəsi tarixi, Şərq-Qərb nəşriyyatı, Bakı.http://web2.anl.az:81/read/page.php?bibid=vtls000029330 15. Musəvi Tağı. (1967). Bakı tarixinə dair orta əsr sənədləri, Bakı. 16. Rzakuluzade Solmaz. (1978). Mirovozreniye Baba Kuhi Bakuvi, Baku. 17. Rzakuluzade Solmaz. (1982). Politeizm v Azerbaydjane v 10-12 vv., Baku. 18. Şahinoğlu M. Nazif. (2002). "Kuhi-i Şirazi", İslam Ansiklopedisi, Türkiye Diyanet Vakfı Yayınları, cild. 22. 347 19. Şeyx Məhəmmədəli Babakuhi Bakuvi http://gsaz.az/ articles/view/274/sheyx-mahammadali-babakuhi-bakuvi 20. Yazıcı Tahsin. (2002). "Ebu Said Ebu'l Hayr", İslam Ansiklopedisi, Türkiye Diyanet Vakfı Yayınları, cild 10. 21.Yeni Türk Ansiklopedisi (1985). "Ötüken" neşriyatı, Birinci cild. 22. http://www.dunya-az.com/mobil/w2131.html 54 "525-ci qəzet"dəki yazımın Şirazda əks-sədası və ya Baba Kuhinin işığında Bu yay Şirazda olarkən görüşdüyüm Qaşqay ziyalılarının Baba Kuhi kimi tanınan məşhur sufi alim Şeyx Məhəmmədəli Əbu Abdullah Məhəmməd ibn Abdullah ibn Ubeydullah ibn Əhməd Şirvani Babakuhinin azərbaycanlı olmasını bilməmələri məni üzdü. Bakıya qayıdanda "Qaşqay elinə səfər" adlı bir məqalə yazdım. Məqalədə Baba Kuhiyə də geniş yer ayırdım. Həcmi böyük olsa da, məqaləmi "525-ci qəzet"in üç sayında nəşr etdilər. "525-ci qəzet"də çap olunan məqalələrin surətini İran İslam Respublikasında yaşayan bəzi tanışlara göndərdim. Bir azdan xəbər tutdum ki, Urmiyadan Fərhad Cavadi məqalənin Baba Kuhi ilə bağlı olan parçasını əski əlifbaya çevirərək dost-tanışına, "Xudafərin" dərgiına göndərib. "Xudafərin" dərgi da çox operativ şəkildə bu ilin Aban (Oktyabr) ayında nəşr olunan 169-cu sayında onu çap edib. Şirazda da Əvəzullah Səfəri Kəşküllü (Bizim öz yazı qaydalarımıza uyğun Əvəzullah kimi işlətdiyimiz ad Qaşqaylarda da belə deyilir, ancaq sənədlərdə Farsca Evəzollah kimi yazılır - Ə.Ş.) həmin məqaləni Qaşqay ləhcəsinin qaydalarına uyğunlaşdıraraq surətini çıxarıb dost-tanışı arasında yayıb. Baba Kuhinin azərbaycanlı olması haqqında Əbdürrəhman Caminin, Həmdulla Qəzvininin əsərlərini qaynaq göstərməyim onların daha çox xoşuna gəlib. "525-ci qəzet"in nəşr etdiyi məqalə Şirazda yaşayan Qaşqaylara öz təsirini göstərib. Oradan aldığım məktublar və videolar dan ötən cümə günü (İranda cümə günü istirahət günüdür. Həmin gün rəsmi idarələrdə iş olmur, bazar bağlanır) 45-50 nəfər Qaşqa- yın ailəliklə Baba Kuhi məzarına ziyarətə getdiyini, orada qurban kəsdiklərini və birlikdə süfrə açıb nahar etdiklərini öyrəndim. "525-ci qəzet"in nəşr etdiyi məqalə Şirazda yaşayan Qaşqaylara öz təsirini göstərib. Oradan aldığım məktublar və videolardan ötən cümə günü (İranda cümə günü istirahət günüdür. Həmin gün rəsmi idarələrdə iş olmur, bazar bağlanır) 45-50 nəfər Qaşqa- 55 Qaşqay aydınlarının bir qrupu ailələri ilə birlikdə Baba Kuhinin məzarını ziyarət edərkən yın ailəliklə Baba Kuhi məzarına ziyarətə getdiyini, orada qurban kəsdiklərini və birlikdə süfrə açıb nahar etdiklərini öyrəndim. Qaşqaylar Baba Kuhi məzarında qurban kəsməklə kifayətlənməmişlər. "Ocaq" Qaşqay Mədəniyyət Mərkəzinin rəhbəri İsmayıl Musalı, Qaşqayların milli fəallarından Qulamhüseyn Muğanlı Rahimi, Təməddün (Mədəniyyət) mədrəsəsinin müəllimi, uşaq yazıçısı, Qaşqay ləhcəsində insan bədən üzvlərinin adları haqqında kitabın yazarı Zəhra Tahirifər, yazıçı Mahnaz Rahmat İgdiri məzar başında öz yazılarını oxumuş, "525-ci qəzet"də nəşr edilən məqalənin surətini paylamışlar. Beləcə, məqalə bir qrup Qaşqay insanını Baba Kuhi işığına toplamışdır. Toplantının təşkilində xüsusi fəallıq göstərən, şair və araşdırmaçı Əvəzullah Səfəri Kəşküllü "525-ci qəzet"dən Baba Kuhi haqqında yazılan məqaləni oxumaqla kifayətlənməmiş, özünün son günlər yazaraq Baba Kuhiyə və Qarabağa həsr etdiyi şeirlərini də oxumuşdur. 56 Baba Kuhi ağırlaması Gəl qonağa hörmət qılaq, Bakıdan bir qonaq gəlmiş. Bu qonaqdan qədir bilək, Bizdən almış soraq, gəlmiş. Ariflərin atasıdır, O, Sirvanlı balasıdır, Qaf dağının Ənqasıdır, Yolları çox uzaq gəlmiş. Bəzənmişdir nar-i nurdan, Musa kimi gəlib Turdan, Bakı, Şirvan, Nişapuran, Şiraza bir dayaq gəlmiş. Çıxıb elmin qıqacından, (at çaparkən geriyə dönüb ox atmağa deyilir) Soraq almış Həllacından, Dönüb irfan Meracından, Minmiş Boraq atın, gəlmiş. Tikilmiş sufu dəkkəsi, Rövnəqə qalmış təkkəsi. Sayqıyladır fəlsəfəsi, Qədəmindən oyaq gəlmiş. Bəkləmiş Xoca Ənsarı Görə Fəxrəddin Əttarı, Xorasanın alimləri, Sanki yeddi çıraq gəlmiş. Müsahiblər mükərrimdir. Başında Xoca Ədhəmdir, (Şirazın məşhur ariflərindən İbrahim Ədhəmə işarədir) 57 Nəzər qıl, gör nə aləmdir, Axıb dağdan bulaq gəlmiş. Abu Abdullah Bakuvi, Əcəm soylu Baba Kuhi, Müridləri çəkdi "Yahu!" Ki mürşid-xoşdamaq gəlmiş. Gül açmış Bakı bağları, Nə parlaqdır yanaqları, Şirazda Türk uşaqları. Güləş gültək dodaq, gəlmiş. Şair Əvəzullah Səfəri Kəşküllü şeirində sufi alimlərin adını çəkmiş və sufi terminlərindən geniş istifadə etmişdir. Əvəzullah Səfəri Kəşküllü onları "Sanki yeddi çıraq gəlmiş" kimi vermişdir. Qaf dağında yaşayan əfsanəvi Simurq quşunu sufilər Ənqa adlandırırlar və gizli, gözlə görünməyən şeylərə də ənqa deyirlər. Həm də Haqqın mərifəti, mənəvi dəyər Ənqa kimi verilir. Ərəb dilində od anlamını verən nar sözünü sufilər insanın ad-sanını, vücudunu yandırıb onu maddi bağlılıqdan qurtaran eşq odu kimi işlədirlər. Şirazda Qaşqay evlərində qonaq olarkən kəndimizi xatırladan çox şeylə rastlaşırdım. Təxminən 1960-cı illərdə kəndimizə, birinin evinə Gəncədən, Bakıdan, İrəvandan və b. yerlərdən qonaq gələndə hamı oraya toplaşar, söhbət edər, yeyib-içib gedərdilər. Sonra növbə ilə qonağı evlərinə dəvət edərdilər. Hər dəfə də qonaq hansı evə gedirdisə adamlar da oraya, qonağın başına toplaşırdılar. 1980-ci illərdə bu ənənənin aradan qalxdığını gördüm. Qaşqaylarda isə bu ənənə hələ də yaşayır. Kimin evinə gedirdiksə, oraya xeyli adam gəlirdi. Gələnlər həm də xanımlarını, övladlarını gətirirdilər. Ev sahibinin dəvət etmədiyi, bəzən tanımadığı bu adamların gəlişindən rahatsızlıq duyduğunu hiss etmədim. Əksinə, xoşhal olduğunu gördüm. Görünür, elat ənənəsini hələ də davam etdirirlər. Şirazda olduğumuz günlərdə müxtəlif peşə sahibi olan Qaşqay aydınları ilə görüşüb dərdləşdik.
Ardı var...