Ukrayna Rusiyanın hərbi obyektlərinə zərbə endirdi

Avqustun 2-nə keçən gecə Ukrayna Təhlükəsizlik Xidmətinin dronları Rusiyanın Krasnodar diyarında yerləşən Primorsko-Axtarsk aerodromunu və Penzadakı "Elektropribor" hərbi zavodunu vurub.

Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilir ki, uzun mənzilli pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirilən hücum nəticəsində Primorsko-Axtarsk aerodromundakı "Shahed" tipli dronların saxlanıldığı və buraxıldığı ərazilər hədəfə alınıb.

Zərbələrdən sonra ərazidə yanğın baş verib. (Teleqraf)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31