Milli Məclisdə işğaldan azad edilmiş Vəng kəndinin Çinarlı kəndi adlandırılması müzakirə ediləcək
Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçiriləcək.
22 Oktyabr 2020 10:46 SosialBu gün Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçiriləcək.
Olaylar.az bildirir ki, iclasda Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında qanun layihəsinə baxılacaq.
Məsələ ilə bağlı deputatlar öz fikirlərini bildirəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31