Deputat onlayn qəbul keçirib

COVİD-19 pandemiyası ilə əlaqədar sərtləşdirilmiş karantin dövründə deputat Novruz Aslanov seçiciləri ilə onlayn formatda qəbullar keçirir. İsmayıllı rayon sakinləri ilə növbəti belə qəbul keçirilib.

COVİD-19 pandemiyası ilə əlaqədar sərtləşdirilmiş karantin dövründə deputat Novruz Aslanov seçiciləri ilə onlayn formatda qəbullar keçirir. İsmayıllı rayon sakinləri ilə növbəti belə qəbul keçirilib.

"Olaylar" xəbər verir ki, deputat ilə telefon vasitəsilə fərdi qaydada İsmayıllı rayon sakinləri əlaqə saxlayıb, mövcud problemləri barədə məlumat veriblər. Müraciət edənlər müvafiq qaydada qeydiyyata alınıb, bir neçə məsələ yerindəcə həllini tapıb, həlli zaman tələb edən məsələlərlə bağlı əlaqədar strukturlara müraciətin ediləcəyi bildirilib. Məlumat üçün bildirək ki, hər həftənini IV günü Bakı şəhərindəki ofisindən onlayn qəbullar keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31