DİN yenidən əhaliyə müraciət edib

Daxili İşlər Nazirliyi vətəndaşlara koronavirusla bağlı müraciət edib.

Daxili İşlər Nazirliyi növbəti dəfə əhaliyə müraciət edib. DİN Mətbuat Xidmətindən "Olaylar"a daxil olan qısa müraciətdə deyilir: "Koronavirusla mübarizəmiz davam edir. Bu təhlükəli infeksiyanın mövcudluğunu bir an belə unutmamalı, özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalıyıq. Biz qorxunc virusa birlikdə, karantin qaydalarına riayət etməklə qalib gələ bilərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31