San Paulo ştatında yaşayan 10 yaşlı Marlondan Azərbaycan əsgərinə məktub
Azərbaycan Respublikasının Braziliyadakı səfirliyinə Braziliya vətəndaşı, San Paulo ştatında yaşayan 10 yaşlı Marlon “Əsgərə məktub” layihəsi çərçivəsində, şanlı Azərbaycan ordusuna məktub göndərib.
2 Noyabr 2020 10:22 SosialAzərbaycan Respublikasının Braziliyadakı səfirliyinə Braziliya vətəndaşı, San Paulo ştatında yaşayan 10 yaşlı Marlon "Əsgərə məktub" layihəsi çərçivəsində, şanlı Azərbaycan ordusuna məktub göndərib.
Olaylar.az bildirir ki, məktubda o, Azərbaycan döyüşçülərini salamlayaraq, onlara müharibədə hər bir şəxsin və hər bir yaxşılığın müdafiə edilməsini arzulayıb. 10 yaşlı Marlon şirniyyat almaq üçün ona verilən pullara qənaət edib və istəyir ki, əskərlərimiz bu pula özlərinə şirniyyat alsınlar. Marlon məktuba 30 (6 ABŞ dolları) real pul vəsaiti əlavə edib. Gəncin anası məktubu yekunlaşdıraraq qeyd edir ki, bu kiçik vəsaitin sevgi ilə göndərir və Marlon hər gecə Azərbaycan xalqı və əsgərləri üçün dua edir. Məktub "Bütün sevgi, hörmət və ehtiramımızı sizə göndəririk" sözləri ilə yekunlaşır.
Qeyd edək ki, Braziliyada 100 mindən artıq erməni yaşadığı halda, burada vətəndaşlarımız və soydaşlarımız yaşamır. Bu sırf yerli insanlar tərəfindən Azərbaycan ordusuna verilən könüllü dəstəkdir.