İran və Ermənistan arasında strateji tərəfdaşlıq sazişi hazırlanır – ÖZƏL
12:25 SiyasətOlaylar.az xəbər verir ki, İranın Ermənistandakı səfiri Xəlil Şirqolami keçirdiyi mətbuat konfransında bildirib ki, Tehran və İrəvan arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş mətninin hazırlanması və razılaşdırılması prosesi davam edir. Diplomatın sözlərinə görə, İran tərəfi sənəd üzərində işlərin yaxın vaxtlarda yekunlaşmasında və imzalanmasında olduqca qərarlıdır. Şirqolami keçən həftə İran Prezidenti Məsud Pezeşkianın Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə də bu məsələnin tezliklə nəticələnməsinin vacibliyini xüsusi vurğuladığını qeyd edib. Səfir əlavə edib ki, bu sazişin imzalanması iki ölkə arasındakı əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə qaldıracaq və ikitərəfli əlaqələrin inkişafı üçün əlavə imkanlar yaradacaq.