Beynəlxalq Muğam Mərkəzi və İnformasiya Agentliyi yeni beynəlxalq layihəyə imza atdılar

Beynəlxalq Muğam Mərkəzi Trend İnformasiya Agentliyi ilə birgə yeni beynəlxalq layihəyə imza atıb. “Havalansın Xanın səsi, Qarabağın şikəstəsi” adlı layihənin ilk buraxılışı böyük maraqla qarşılanıb. Böyük Azərbaycan şairi Səməd Vurğunun “Azərbaycan” şeirindən ad alan layihə qədim Azərbaycan torpağı - ölkənin milli irsi olan Qarabağın tarixinə, mədəniyyətinə və sənətinə həsr edilib. Olaylar.az bildirir ki, layihənin ideya müəllifi beynəlxalq müsabiqələr laureatı, Fransa və Macarıstanın dövlət mükafatlarının sahibi, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynovdur.

Beynəlxalq Muğam Mərkəzi Trend İnformasiya Agentliyi ilə birgə yeni beynəlxalq layihəyə imza atıb. "Havalansın Xanın səsi, Qarabağın şikəstəsi" adlı layihənin ilk buraxılışı böyük maraqla qarşılanıb. Böyük Azərbaycan şairi Səməd Vurğunun "Azərbaycan" şeirindən ad alan layihə qədim Azərbaycan torpağı - ölkənin milli irsi olan Qarabağın tarixinə, mədəniyyətinə və sənətinə həsr edilib. Olaylar.az bildirir ki, layihənin ideya müəllifi beynəlxalq müsabiqələr laureatı, Fransa və Macarıstanın dövlət mükafatlarının sahibi, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynovdur.

İlk efirinin qonaqları Xalq artisti Murad Hüseynov, Əməkdar incəsənət xadimi, UNESCO nəzdində Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının (İCTM), Beynəlxalq Etnomusiqişünaslar Cəmiyyətinin üzvü, professor Sürəyya Ağayeva, AMEA Folklor İnstitutunun "Musiqi Folkloru" şöbəsinin müdiri, professor Nailə Rəhimbəyli və Niğde Ömər Xalisdəmir Universitetinin və Türkiyə Dövlət Konservatoriyasının professoru Feyzan Gövhər olub.

Azərbaycan və Türkiyənin mədəniyyət xadimləri birgə layihədə erməni vandalizmini qınayıb. Qarabağ tarixindən, Qarabağ ərazisində yerləşən mədəni abidələrdən söz açıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31