Koronavirusun daha bir təhlükəsi
Böyük Britaniyanın Kembric Universitetinin alimləri COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilən hər 100-cü xəstənin sonradan insult keçirdiyi qənaətinə gəliblər.
29 Oktyabr 2020 11:31 DünyaBöyük Britaniyanın Kembric Universitetinin alimləri COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilən hər 100-cü xəstənin sonradan insult keçirdiyi qənaətinə gəliblər.
Olaylar.az xarici mediyaya istinadən bildirir ki, "International Journal of Stroke" nəşrində işıq üzü görən tədqiqatların nəticəsində qeyd olunub ki, koronavirus insultu tezləşdirir və nəticədə virusa yoluxan şəxslərdə ölüm normal xəstələrə nisbətən iki dəfə çoxdur.
100 mindən çox insanın məlumatlarını analiz edən alimlər onlardan 1,4 faizinin insult keçirdiyini müəyyənləşdiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31