İran səfiri: "TRIPP layihəsində ABŞ-nin iştirakından doğan risklər idarə olunmalıdır" – ÖZƏL

Olaylar.az xəbər verir ki, İranın Ermənistandakı səfiri Xəlil Şirqolami keçirdiyi mətbuat konfransında ABŞ-nin iştirakı ilə reallaşdırılması nəzərdə tutulan TRIPP ("Tramp marşrutu") layihəsinə münasibət bildirib. 

Səfir qeyd edib ki, regional kommunikasiyaların açılması fonunda İrəvan elə bir mexanizm hazırlamalıdır ki, bu proses İrana yönəlik potensial təhdidləri və ABŞ-nin sərhəd yaxınlığındakı varlığından irəli gələn riskləri nəzərə alsın. Tehranın bu narahatlığını tamamilə legitim və məntiqli adlandıran diplomat, Ermənistan rəhbərliyinin onlara layihənin İran üçün heç bir təhlükə yaratmayacağına dair təminat verdiyini vurğulayıb. 

Qeyd edək ki, ABŞ-nin Sünik bölgəsindən keçən tranzit dəhlizinə 99 illik eksklüziv inkişaf hüququ əldə etməsini nəzərdə tutan və bu ilin mayında rəsmiləşdirilən TRIPP layihəsi, İran tərəfindən onun Avropaya çıxış yolunu kəsmək cəhdi kimi dəyərləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31