Gündəm
Yaşlı kişi bütün pulunu itinə vəsiyyət etdi
Çində yaşlı kişi bütün varidatını itinə vəsiyyət edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, 71 yaşlı Van Cunvu itinə 80 min yuan (12 min dollara yaxın) saxlayıb.
Nigar Camal: "Yaraşıqlı kişilər arvadfason olurlar"
"Nardaran işi" ilə bağlı məhkəmədə zərərçəkmişlərin ifadələri dinlənilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Türkiyə XİN başçısı Hindistana rəsmi səfərə gedib
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Hindistana rəsmi səfərə gedib.
İŞİD-in tərkibində döyüşən azərbaycanlılara hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən Anar Mahmudov və Elvin Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Türkiyədə hərbi bazaların köçürülməsinə başlanılır
Hərbi bazaların İstanbul və Ankaradan çıxarılması prosesinə avqustun 22-dən başlanılacaq. Trend "Hurriyet" qəzetinə istinadən məlumat verir ki, bunu Türkiyənin müdafiə naziri Fikri İşıq deyib.
Türkiyənin Baş naziri terror aktının baş verdiyi vilayətə gedəcək
Türkiyənin Baş naziri Binali Yıldırım və milli müdafiə naziri Fikri İşıq terror aktının baş verdiyi Elazığ vilayətinə gedəcəklər.
Rasim Musabəyov: “Bu, həmsədrlərlə razılaşdırılıb”
“Baxmayaraq ki, ABŞ həm hərbi, həm də iqtisadi cəhətdən Rusiyadan dəfələrlə güclüdür, ancaq bölgədə Rusiyanın imkanları daha genişdir”. Bunu SİA-ya açıqlamasında politoloq, millət vəkili Rasim Musabəyov Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın fəaliyyətinin daha çox nəzərə çarpmasını şərh edərkən bildirib.
Rio-2016-da ölən məşqçi dörd nəfərə həyat verdi
Rio-2016 Olimpiya Oyunları zamanı həlak olan avarçəkmə üzrə Almaniya Olimpiya komandasının məşqçisi Ştefan Hentse dörd nəfər üçün orqan donoru olub.
Rusiyanın 2 bankı bağlandı
Rusiya Mərkəzi Bankı (RMB) daha 2 kommersiya bankının lisenziyasını ləğv edib.
DİN-dən Rövşən Lənkəranskiylə bağlı AÇIQLAMA
Ötən gecə İstanbulda güllələnən "Rövşən Lənkəranski" ləqəbli məşhur kriminal avtoritet Rövşən Canıyevin cənazəsinin özəl təyyarə ilə Azərbaycana gətirilməsi üçün hazırlıqlar getdiyi bildirilir.
Güllələrdən biri Rövşən Lənkəranskinin gözünə dəyib
İstanbulda ötən gecə güllələnən şəxsin Rövşən Lənkəranski olduğu dəqiqləşib.
Gürcüstandan Azərbaycana pul köçürmələrin həcmi artıb, əks istiqamətdə azalıb
Bu ilin 7 ayında Gürcüstandan Azərbaycana müxtəlif elektron pulköçürmə sistemləri ilə 790,1 min dollar pul köçürülüb.
Rüstəm Usubov: Ümumxalq səsverməsi əlamətdar gün kimi tarixə düşəcək
“Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi əlamətdar gün kimi tarixə düşəcək”. Trend-in məlumatına görə, bunu Baş prokurorun birinci müavini Rüstəm Usubov Bakıda dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
Penitensiar müəssisələrdə cəza çəkənlər də referendumda iştirak edəcək
“Penitensiar müəssisələrdə cəza çəkənlər də referendumda iştirak edə biləcəklər”.














